Sparta şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidə qoyulacaq
Türkiyənin Sparta vilayətinin bələdiyyən sədri Yusif Ziya Günaydınla görüşdə Azərbaycan nümayəndə heyətinin üzvləri millət vəkilləri Qənirə Paşayevanın, Elman Məmmədovun, Azəri-Türk qadınlar birliyinin sədri Tənzilə Rüstəmxanlının Spartada Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidə qoyulması ilə bağlı xahişi və təklifi müsbət qarşılanıb.
Bu barədə Lent.az-a Qənirə Paşayeva məlumat verib. Gələn il Xocalı Soyqırımının 20-ci ildönümü olduğunu vurğulayan millət vəkili Qənirə Paşayeva bildirib ki, Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılacaq abidə dünyaya Azərbaycan-Türkiyə qardaşlığının əbədi olması, Türkiyənin bu məsələyə həssaslığını nümayiş etdirməklə yanaşı, Ermənistanın, ermənilərin dinc azərbaycanlılara qarşı törətdiyi soyqırımları, Xocalı soyqırımını artıq “görün və tanıyın” mesajını da verəcək.
Sparta bələdiyyəsinin sədri deyib ki, gələn ilin fevralını gözləmədən yaxın aylarda şəhərin mərkəzində ən gözəl yerlərdən birində Xocalı Soyqırımı qurbanlarının xatirəsinə abidə qoyacaqlar. Azərbaycan nümayəndə heyətinin üzvləri Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, soyqırımlar barədə ətraflı məlumat verib və Xocalı soyqırımının dünyaya daha geniş çatdırılması, tanıdılması istiqamətində bütün Türk dünyasının səylərinin artmasının vacibliyini, Türkiyənin müxtəlif bölgələrində, bələdiyyələrində Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidələrin qoyulmasının və soyqırımın tanınmasının vacibliyini vurğulayıblar.
Bələdiyyə sədrinə Qənirə Paşayeva ilə Qarabağın Azərbaycanlı icmasının idarə heyətinin üzvü Həvva Məmmədovanın birgə hazırladığı və Türkiyə türkcəsində nəşr olunmuş “Xocalı Soyqırımı: Şahidlərin dilindən” kitabı təqdim olunub.

932