Xocalı faciəsi Norveçin Holokost Soyqırım Mərkəzində alınacaq
23 fevral 2011 15:14 (UTC +04:00)

Xocalı faciəsi Norveçin Holokost Soyqırım Mərkəzində alınacaq

Fevralın 24-də Norveç Azərbaycanlıları Gənclər Təşkilatının (NAYO) təşəbbüsü ilə Xocalı soyqırımının 19-cu ildönümü münasibəti ilə Norveçin Holokost Soyqırım Mərkəzində “Xocalı: Faciədən öyrəndiklərimiz” (Khojali: Lesson from Tragedy) adlı seminar keçiriləcək.


Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Holokost Soyqırım Mərkəzində Heydər Əliyev Fondunun bu faciə ilə bağlı hazırladığı foto sərgi də nümayiş etdiriləcək.

Seminar – sərgi layihəsində NAYO-nun üzvləri, Norveç hökumətinin nümayəndələri, norveçli və əcnəbi siyasətçilər, tədqiqatçılar, professorlar, Norveçdə təhsil alan yerli və xarici tələbələr, kütləvi informasiya vasitələrinin (KİV) nümayəndələri iştirak edəcəklər. Seminarda Azərbaycanın İsveçdəki fövqəladə və səlahiyyətli səfiri Rafael İbrahimov fəxri qonaq kimi iştirak edəcək və Xocalı soyqırımı və onun törətdiyi fəsadlar haqqında danışacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1023

Oxşar yazılar