AB-yə üzv ölkələrin səfirlərinin Naxçıvan səfəri başa çatdı
Fevralın 21-22-də Avstriya, Belçika, Bolqarıstan, Çex Respublikası, Almaniya, Fransa, İtaliya, Latviya, Litva, Hollandiya və Avropa İttifaqı Nümayəndəliyinin səfir və nümayəndələri Naxçıvan Muxtar Respublikasına rəsmi səfər ediblər. Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyindən APA-ya verilən məlumata görə, səfər zamanı Naxçıvanla olan əlaqələrin bütün aspektlərini müzakirə etmək, Şərq Tərəfdaşlığı kontekstində gələcək əməkdaşlıq sahələrini qiymətləndirmək və daha yaxşı qarşılıqlı anlaşmaya töhfə etmək fürsəti yaranıb.
Səfir Roland Kobia bildirib ki, səfər Avropa Birliyinin Azərbaycanın bütün regionları ilə eyni qarşılıqlı əlaqələr qurmaq niyyətində olduğunu nümayiş etdirir: “İnanırıq ki, Naxçıvan və AB arasındakı daha güclü tərəfdaşlıq bir çox səviyyədə daha çox vədlər verə bilər. Yerli hakimiyyət dairələrindən, eləcə də vətəndaş cəmiyyəti təşkilatlarından aydın mesaj aldıq ki, bu da Avropa Birliyini regiondakı iştirakını artırmağa çağırır. Yüksək hakimiyyət dairələri Avropa Birliyini əmin ediblər ki, Avropa Birliyi və ona Üzv Dövlətlərin istənilən zaman Naxçıvana gələcək səfərləri hər zaman səmimiyyətlə qarşılanacaq”.
24 saatdan artıq davam edən səfər müddətində AB səfirləri regionun xüsusiyyətlərini, eləcə də Ermənistanla Azərbaycan arasındakı münaqişənin mənfi təsirlərini qiymətləndiriblər. Avropa Birliyi regionun davamlı inkişafına töhfə etmək üçün onunla daha artıq çalışmaq niyyətində olduğunu qeyd edib. Səfirlər Naxçıvanda ATƏT layihələrinin inkişafını alqışlayıb və bunu təşviq edib, iqtisadi inkişaf, təhsil və elm sahələrini gələcəkdə birgə əməkdaşlığın mümkün sahələri olaraq müəyyən ediblər.
Səfər zamanı AB səfirləri Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri, Daxili İşlər Naziri, Ədliyyə Naziri, İqtisadi İnkişaf Naziri, Xarici İşlər Nazirliyinin nümayəndələri, Ombudsman, eləcə də müxtəlif sahələrdən olan Qeyri-Hökumət Təşkilatları və siyasi partiyalarla görüş keçiriblər. Gender, gənclik, ətraf mühit, insan hüquqları və demokratikləşmə sahələrində siyasi məsələləri və əməkdaşlığı əhatə edən mövzular zamanı AB-nın gələcək iştirakı ilə bağlı aktual məsələlər vurğulanıb.

522