Kiyevdə səmaya Xocalı qurbanlarının sayı qədər qara şar  buraxılıb
23 fevral 2011 10:29 (UTC +04:00)

Kiyevdə səmaya Xocalı qurbanlarının sayı qədər qara şar buraxılıb

İslam Konfransı Gənclər Forumunun (İKGF) və Ukrayna Azərbaycanlı Gənclər Birliyinin təşəbbüsü ilə “Xocalıya ədalət” kampaniyası çərçivəsində Ukraynanın müxtəlif vilayət və şəhərlərində keçiriləcək silsilə tədbirlərə Kiyev şəhərində “Qolodomor” abidə kompleksinin önünə gül çələngi qoymaqla start verilib. İKGF-dən Lent.az-a verilən məlumata görə, əllərində “Xocalıya Ədalət!”, “Erməni terroruna son qoyulsun!” şüarları ilə Kiyev şəhərinin mərkəzi meydanından “Qolodomor” abidə kompleksinin önünədək yürüş edən Ukrayna Azərbaycanlı Gənclər Birliyinin və Ukrayna Milli Gənclər Hərəkatının fəalları açıq səmaya Xocalı qurbanlarının sayı qədər, yəni 613 qara şar buraxıblar.

Onlar bununla dünya birliyini və beynəlxalq təşkilatları 19 il bundan öncə ermənilərin Xocalı şəhərində törətdiyi soyqırım siyasətinə hüquqi siyasi qiymət verməyə səsləyiblər. Anım mərasimində Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov və birliyin sədr müavini Cavid Hüseynzadə çıxış edərək, İKGF-nun mədəniyyətlər arası dialoq üzrə baş koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə dünyanın müxtəlif ölkələrində həyata keçirilən “Xocalıya ədalət” kampaniyasına Ukraynada yaşayan azərbaycanlı gənclərlə bərabər ukraynalı gənclərində qatılmasını dünyada haqqın və ədalətin öz yerini tutması istiqamətində irəliyə atılmış addım kimi dəyərləndiriblər.

1932-33-cü illərdə Ukrayna xalqının da soyqırım siyasətinə məruz qaldığını bildirən Ukrayna Milli Gənclər Hərəkatının Kiyev şəhər təşkilatının sədri Aleksey Zaxarçenko beynəlxalq təşkilatların və dünya birliyinin 19 il bundan öncə ermənilərin Xocalı şəhərində dinc əhaliyə qarşı həyata keçirtdikləri soyqırıma hüquqi siyasi qiymət verməməsini tarixi ədalətsizlik kimi səciyyələndirib.

Xocalıya ədalət kompaniyası çərçivəsində Ukraynada keçirilən silsilə tədbirlər BMT-in və ATƏT-in Ukraynadakı nümayəndəliklərinin qarşısında etiraz yürüşü, bu qurumlara ukraynalı və azərbaycanlı gənclərin hazırladığı qətnamənin təqdim olunması ilə başa çatacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1033

Oxşar yazılar