![BƏƏ rəsmi orqanları Xocalı soyqırımı ilə bağlı məlumatlandırıb](https://lent.az/site/assets/images/breaking-news/lentaz.png)
BƏƏ rəsmi orqanları Xocalı soyqırımı ilə bağlı məlumatlandırıb
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay Əmirliyində fəaliyyət göstərən Azərbaycan Cəmiyyətinin sədri Samir İmanov Xocalı Soyqırımının 19-cu ildönümü ərəfəsində milli, xeyriyyəçilik və islam məsələləri üzrə nazir Hamad Bin Əl-Şeyx Əhmıd Əl-Şaibani ilə görüşüb. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, nazirliyin digər rəhbər vəzifəli əməkdaşlarının da iştirak etdiyi görüşdə Qarabağ münaqişəsi, onun Azərbaycan xalqının və dövlətinin tarixində açdığı ağrılı izlər, eyni zamanda xüsusi olaraq Xocalı soyqırımı haqqında məlumat verilib.
Görüşdə Xocalı soyqırımının əsrin ən böyük cinayətlərindən biri olduğu, bu faciənin bütün dünyada tanınması və qəbul edilməsinin vacib olduğu vurğulanıb. Samir İmanov Hamad Bin Əl-Şeyx Əhmıd Əl-Şaibaniyə Azərbaycanın xəritəsi üzərində erməni işğalçılarının Dağlıq Qarabağ və ətraf ərazilərdəki rayonları zəbt etməsi barədə tarixi ardıcıllıqla məlumat verib. Cəmiyyət sədri ermənilərin tarixi Azərbaycan ərazilərinə sonradan və hansı şəraitdə köçürülməsi haqda da danışıb. Sonra Heydər Əliyev Fondunun hazırladığı “Qarabağ həqiqətləri”, “Armenian terror”, Azərbaycan haqqında məlumatlardan ibarət kitablar, o cümlədən küveytli müəllif Adil Al-Fallahın “Heydər Əliyev və milli-mənəvi dəyərlər” kitabı nazirliyin kitabxanasına hədiyyə edilib.
Görüşdə Azərbaycanın dünya enerji təhlükəsizliyi sistemindəki yeri və rolu, iştirak etdiyi beynəlxalq enerji layihələri, habelə beynəlxalq aləmdə nüfuzunun getdikcə artması, diasporumuzun dünyada getdikcə inkişaf edərək güc və söz sahibinə çevrilməsi barədə də danışılıb. Dubayda nəşr olunan “AL-BAYAN”, “AL-KHALEEJ”, “AL-ETTIHAD” və digər qəzetlərdə görüş barədə ətraflı yazılar dərc olunub.
Azərbaycan Cəmiyyətinin sədri Xocalı soyqırımının 19-cu ildönümü ərəfəsində təbliğat və məlumatlandırıcı xarakter daşıyan daha bir görüşü Ticarət və Sənaye Palatasında keçirib. Dubay Ticarət və Sənaye Palatasının baş müşaviri Nizar Sardast və hüquq idarəsinin rəisi Hussam Talhini ilə görüşdə Ermənistanın Xocalıda dinc azərbaycanlılara qarşı törətdiyi soyqırım barədə ətraflı məlumat verilib. Nizar Sardast və Hussam Talhini Azərbaycan, Qarabağ haqqında daha öncə bu qədər məlumatlı olmadıqlarını bildiriblər və ətraflı məlumata görə diaspor təşkilatının rəhbərinə təşəkkür ediblər.
Dubay Ticarət Sənaye Palatasının kitabxanasına da Heydər Əliyev Fondunun hazırladığı “Qarabağ həqiqətləri”, “Armenian terror” kitabları və Azərbaycanla bağlı rəmzi suvenir hədiyyə edilib. Xocalı soyqırımı ilə bağlı ətraflı materiallar parlament sədrinə, Dubayin Seyx aparatı rəhbərinə və İnsan Haqları İnstitutuna da göndərilib.

Oxşar yazılar
![İlham Əliyevdən Silahlı Qüvvələr Günü paylaşımı](https://lent.az/storage/news/2024/june/25/big/667b00ff80130667b00ff801311719337215667b00ff80129667b00ff8012c.jpg)
İlham Əliyevdən Silahlı Qüvvələr Günü paylaşımı
25 iyun 2024 , 21:11Jurnalistlər arasında müsabiqə elan olundu
25 iyun 2024 , 14:26!["Biz Paşinyana yardım göstərməliyik ki, missiyasını axıra çatdırsın" - ZAHİD ORUC](https://lent.az/storage/news/2024/june/25/big/667a781a823fb667a781a823fc1719302170667a781a823f6667a781a823f9.jpg)
"Biz Paşinyana yardım göstərməliyik ki, missiyasını axıra çatdırsın" - ZAHİD ORUC
25 iyun 2024 , 11:57![Bakıda həbsdə olan separatçılardan YENİ XƏBƏR](https://lent.az/storage/news/2024/june/25/big/667a5687c52b5667a5687c52b61719293575667a5687c52af667a5687c52b2.png)
Bakıda həbsdə olan separatçılardan YENİ XƏBƏR
25 iyun 2024 , 09:33![Xankəndi prokurorluğunun inzibati binası istifadəyə verildi](https://lent.az/storage/news/2024/june/24/big/6679155121dbc6679155121dbd17192113456679155121db66679155121db9.jpeg)
Xankəndi prokurorluğunun inzibati binası istifadəyə verildi
24 iyun 2024 , 09:37![Kəlbəcər yenidən atəşə tutuldu](https://lent.az/storage/news/2024/june/22/big/6676d9d541c246676d9d541c2517190650456676d9d541c206676d9d541c22.jpg)
Kəlbəcər yenidən atəşə tutuldu
22 iyun 2024 , 18:02![Mətbuat Şurası və Dövlət Neft Fondu jurnalistlər üçün birgə müsabiqə elan etdi](https://lent.az/storage/news/2024/june/22/big/6676b217334ba6676b217334bb17190548716676b217334b46676b217334b7.jpg)
Mətbuat Şurası və Dövlət Neft Fondu jurnalistlər üçün birgə müsabiqə elan etdi
22 iyun 2024 , 15:15![Kəlbəcər atəşə tutuldu](https://lent.az/storage/news/2024/june/22/big/66766788cfd8f66766788cfd90171903578466766788cfd8b66766788cfd8d.jpg)