Küveytin ən böyük məscidində Xocalı ekspozisiyası
22 fevral 2011 17:29 (UTC +04:00)

Küveytin ən böyük məscidində Xocalı ekspozisiyası

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Azərbaycanın Küveyt dövlətindəki səfirliyi üç gün davam edəcək sərginin işində ölkədə yaşayan və çalışan Azərbaycan diasporu fəallarının yaxından iştirakı ilə iki mövzu-ekspozisiya nümayiş etdirir.

Ekspozisiyalardan biri Xocalı soyqırımının 19-cu ildönümünə həsr olunub. Burada quraşdırılmış stendlərdə “Xocalı uşaqların gözü” ilə rəsmləri nümayiş etdirilir. Ekspozisiya çərçivəsində səfirliyin təşəbbüsü və dəstəyi ilə ərəb dilində yeni nəşr olunmuş “Xocalı soyqırımı” kitabının və Xocalı soyqırımını əyani şəkildə Küveyt ictimaiyyətinə çatdıran filmin ərəb dilində CD variantının təqdimatı keçirilib.

Təqdimat mərasimi əsnasında keçmiş sovet ordusunun yardımı ilə erməni silahlılarının Xocalı şəhərində törətdiyi vəhşiliklər və faciənin əsl mahiyyəti barədə iştirakçılara ətraflı məlumat verilib. Səfirliyin nümayiş etdirdiyi digər stendlərdə isə Azərbaycanın füsunkar təbiəti, qədim tarixi, zəngin mədəniyyəti, sürətlə inkişaf edən iqtisadiyatı, böyük turizm potensialından ətraflı bəhs dən foto-şəkillər və video film, çap məhsulları, sənətkarların əl işləri nümayiş etdirilir. Küveytin Vəqflər və İslam işləri nazirinin müavini, ölkənin tanınmış ictimai-siyasi xadimi d-r Adil Abdullah Əl-Fəlah Azərbaycan ekspozisiya məkanını ziyarət edərək burada nümayiş etdirilən təsmlər və nəşrlərlə yaxından tanış olub.

Beynəlxalq sərgidə nümayiş olunan Azərbaycan ekspozosoyasına gün ərzində 200-dən artıq insan tamaşa edib. Ekspozisiya Küveyt ictimaiyyəti və Kütləvi informasiya vasitələrinin, eyni zamanda Əl-Küveytdə akkreditə olunmuş səfirliklərin nümayəndələrinin və dünyanın müxtəlif ölkələrindən sərgidə iştirak edən insanların diqqət mərkəzində olub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 989

Oxşar yazılar