İlyas İsmayılovun müavini: “Mənə hörmət qoyulmayan yerdə əyləşməzdim”
Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) yenidən formalaşdırılması üçün deputatlara paylanmış siyahıda adı yer almayan Ədalət Partiyası sədrinin müavini Elxan Şükürlü bəyanat yayıb.
APA-nın məlumatına görə, E.Şükürlü bəyanatda MSK-nın təşkili işində partiyasının bundan sonra atacağı addımlarının ona hələ bəlli olmadığını bildirib. O, Ədalət Partiyasına ayrılan yerin ötən beş ildə olduğu kimi, bu dəfə də Oqtay Hümbətliyə verilməsinin nəzərdə tutulduğunu iddia edib: “Ancaq partiya siyasi iradə ortaya qoyub, mənim adımın üzərində dayananda bütövlükdə yer ləğv edildi”.
E.Şükürlü partiya sədri İlyas İsmayılovun bu qərara təsir etmək iqtidarında olmadığını da deyib: “Mən İlyas müəllimin yerinə olsaydım, o mandatdan imtina edər, ancaq müavinimi sonadək qoruyardım. Çünki bu, bir prinsip, qürur məsələsi idi. Sözümün keçmədiyi, mənə hörmət qoyulmayan yerdə isə əyləşməzdim. Nəyimə lazımdır, elə deputatlıq?!”
E.Şükürlü APA-ya açıqlamasında bildirib ki, MSK üzvlüyünə namizədlər siyahısında adının yer almamasına baxmayaraq, Ədalət Partiyasından istefa vermək niyyəti yoxdur: “Küsərək, istefa vermək yox, partiyanın bu vəziyyətdən çıxarılmasında sonadək mübarizə aparmaq lazımdır”.
Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov isə APA-ya açıqlamasında E.Şükürlünün MSK üzvü ola bilməyəcəyindən təəssüfləndiyini bildirib: “O, çox ləyaqətlə MSK üzvü ola bilərdi. Mən özüm Milli Məclisə zəng edib öyrənmişəm ki, MSK-dakı yerimizi Ana Vətən Partiyasına veriblər”.
İ.İsmayılov E. Şükürlünün “Mən İlyas müəllimin yerinə olsaydım, o mandatdan imtina edər, ancaq müavinimi sonadək qoruyardım. Nəyimə lazımdır, elə deputatlıq?!” fikirlərinə də münasibət bildirib: “Mən inanmıram ki, Elxan bu cür fikirlər səsləndirsin. Ancaq əgər o deyibsə belə, mən məsələyə maksimalist yanaşmanın tərəfdarı deyiləm. Mandatdan imtina etməyim nəyi dəyişəcək ki? Mənə o qədər adam etimad göstərib, səs verib. Ümumilikdə mən həyatda maksimalist yanaşmanın tərəfdarı deyiləm”.
O, məsələ Milli Məclisin gündəliyinə çıxarılarkən səs verəcəyi ilə bağlı isə konkret danışmayıb: “Səsvermə gizli keçirilir, necə səs verəcəyimi deyə bilmərəm”.
Qeyd edək ki, MSK-nın yenidən formalaşdırılması məsələsinə fevralın 22-də parlamentin iclasında baxılacaq.

533