Ümid Partiyasının İcra Aparatının iş planı təsdiqlənib
21 fevral 2011 15:41 (UTC +04:00)

Ümid Partiyasının İcra Aparatının iş planı təsdiqlənib

Partiyanın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, iclasda ölkədə mövcud ictimai siyasi vəziyyət, baş verən son siyasi proseslər, eyni zamanda beynəlxalq aləmdə baş verən hadisələr və bunun fonunda ölkənin və partiyanın beynəlxalq vəziyyətə münasibəti müzakirə olunub.

Ümid Partiyası İcra Aparatı rəhbəri Nəsimi Məmmədlinin hesabatı da dinlənilib. Rəyasət Heyətinin üzvləri hesabat barədə müzakirələr aparıb və qənaətbəxş hesab ediblər. Təşkilat şöbəsi və digər yetkililər partiyanın təşkilatlanma sahəsində gördüyü işlər, strukturlarda baş verən yeniliklər barədə məlumat veriblər. Sonda İcra Aparatının təqdim etdiyi iclaslararası dövr üçün icra planı təsdiq edilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 530

Oxşar yazılar