MSK üzvlüyünə namizədlər müəyyənləşib - SİYAHI
Fevralın 22-də Milli Məclisin (MM) növbəti iclası keçiriləcək. Bu barədə APA-ya MM-in mətbuat xidmətindən məlumat verilib. İclasda İnzibati Xətalar məcəlləsinə (İXM) əlavə və dəyişiklik, Gömrük Məcəlləsi və digər məsələlər müzakirə olunacaq.
Mərkəzi Seçki Komissiyasının (MSK) yenidən formalaşdırılması da müzakirə ediləcək məsələlər sırasındadır. Artıq MSK üzvlüyünə namizədlərin siyahısı, onların tərcümeyi-halı da daxil olmaqla məlumatlar parlament üzvlərinə təqdim olunub. 18 nəfərlik siyahıda bu şəxslərin adları yer alıb: Məzahir Pənahov, Şaitdin Əliyev, Fuad Cavadov, Ramiz İbrahimov, Validə Kazımova və Qabil Orucov (hamısı YAP), Mikayıl Rəhimli (Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası), Almas Qəhrəmanlı (Vətəndaş Həmrəyliyi Partiyası), Akif Qurbanov (Ümid Partiyası), Tamam Cəfərli (Demokratik İslahatlar Partiyası), Bəxşeyiş Əsgərov (Böyük Quruluş Partiyası), Etibar Quliyev (Ana Vətən Partiyası), Natiq Məmmədov, Azər Tağıyev, Arifə Muxtarova, İlham Məmmədov, Nizami Nadirov və Tofiq Həsənov (bir siyasi partiya mənsubiyyəti olmayan deputatların MSK-ya namizədləri. Bunlardan Natiq Məmmədovun namizədliyi hakim Yeni Azərbaycan Partiyası, Arifə Muxtarovanın namizədliyi isə Milli Məclisdə azlıq təşkil edən partiyaların nümayəndələri ilə razılaşdırılıb).
Deputatlara paylanmış siyahıda yalnız MSK üzvlüyünə namizədliyi Ədalət Partiyası tərəfindən irəli sürülmüş Elxan Şükürlünün adı yoxdur.

774