Ross Uilson: “... münaqişə zonasında vəziyyət yenidən gərginləşə bilər”
21 fevral 2011 12:00 (UTC +04:00)

Ross Uilson: “... münaqişə zonasında vəziyyət yenidən gərginləşə bilər”

APA-nın Vaşinqton müxbirinin məlumatına görə, hər iki analitikin fikrincə sülh prosesi ləng gedir.


“Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesi gözlənildiyindən çox uzandı”, - deyən Ross Uilsonun sözlərinə görə, Dağlıq Qarabağdakı vəziyyətlə bağlı hal-hazırda çox zəif olan beynəlxalq monitorinqi artırmağa ehtiyac var: “Əks halda, Azərbaycan-Ermənistan münaqişəsində vəziyyətin yenidən gərginləşməsi ehtimalı artır”.
O həmçinin hesab edir ki, ABŞ-ın Cənubi Qafqaz regionu ilə bağlı siyasətinin əsas hədəfləri suverenliyin saxlanması, bazar iqtisadiyyatının inkişafı və Avroatlantik strukturlara inteqrasiyadır.


Keçmiş səfirin sözlərinə görə, digər münaqişələrlə yanaşı Dağlıq Qarabağ münaqişəsi regionun təhlükəsizliyi üçün əsas maneə olaraq qalır. “Regional əməkdaşlıq, o cümlədən Ermənistan və Türkiyə arasında əlaqələrin möhkəmlənməsi bu problemin həllinə kömək edəcək”, deyə o əlavə edib.


Atlantika Şurasının baş elmi işçisi İan Bjezinski həmçinin hesab edir ki, ötən illər ərzində Dağlıq Qarabağda vəziyyət nəzərəçarpacaq dərəcədə kəskinləşib, bu da regionda gərginliyi artırır.

“Beynəlxalq ictimaiyyət, o cümlədən ABŞ problemi həll etmək üçün konkret addımlar atmır”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 639

Oxşar yazılar