“Xocalı Soyqırımı: şahidlərin dili ilə”
Xocalı soyqırımının 19-cu ildönümü ərəfəsində, Azərbaycan və Türkiyə türkcələrində olmaqla “Xocalı Soyqırımı: şahidlərin dili ilə” (“Hocalı Soykırımı: tanıkların dilinden”) adlı kitab işıq üzü görüb.
Lent.az-ın verdiyi məlumata görə, millət vəkili Qənirə Paşayeva və Dağlıq Qarabağın Azərbaycanlı İcmasının İdarə heyətinin üzvü, keçmiş millət vəkili Həvva Məmmədovanın həmmüəllifliyi ilə hazırlanmış kitab “Elm və Təhsil” Nəşrlər Evində nəfis tərtibatla nəşr edilib.
Kitabın redaktoru Azərbaycanda Atatürk Mərkəzinin ictimai-siyasi şöbəsinin müdiri Əkbər Qoşalıdır. Kitab Xocalı soyqırımını şahidlərin dili ilə oxucuya çatdırır. Kitabda Xocalı soyqırımı şahidlərinin, ermənilərin əsir və girovluğunda amansız işgəncələrə məruz qalmış Xocalı sakinlərinin acı xatirələri yer alıb. Eyni zamanda həmin dövrdə Xocalı soyqırımı ilə bağlı dünya mediasında dərc olunmuş məqalələr, Heydər Əliyevin və prezident İlham Əliyevin Xocalı soyqırımı ilə bağlı fikirləri, bəyanatları, Milli Məclisinin dünya parlamentlərinə müraciətləri də öz əksini tapıb. Bundan başqa, kitabda bu soyqırımla bağlı müxtəlif beynəlxalq təşkilatlarda yayılmış və qəbul olunmuş sənədlər də yer alıb. Kitabda soyqırım dəhşətlərini, ümumən erməni terrorunu əks etdirən foto-faktlar, dəqiq rəqəmlərlə tərtib olunmuş siyahılar, o cümlədən, həlak olan, əsir və girov götürülən, itkin düşən Xocalı sakinlərinin, bütün üzvləri öldürülmüş ailələrin də siyahılar verilib.
Kitabın Türkiyə türkcəsində nəşr olunmasında məqsəd Xocalı həqiqətlərinin daha geniş təbliği işinə xidmət edir. Kitab Türkiyənin İstanbul, Yalova, İsparta, İzmir şəhərlərində, eləcə də paytaxt Ankarada, Xocalı soyqırımının 19-cu ildönümünə həsr olunmuş anım tədbirlərində ictimaiyyətə təqdim olunacaq və yayılacaq.
Qeyd edək ki, millət vəkili Qənirə Paşayeva artıq Xocalı soyqırımının 19-cu ildönümünə həsr olunmuş anım tədbirlərində iştirak etmək üçün Türkiyəyə yola düşüb. Bu gün Yalovada Xocalı soyqırımının 19-cu ildönümünə həsr olunmuş anım tədbirləri keçiriləcək və bu tədbirlər çərçivəsində “Hocalı soykırımı: tanıkların dilinden” kitabının təqdimatı və yayımı təşkil olunacaq.
“Xocalı Soyqırımı: şahidlərin dili ilə” kitabının Azərbaycan dilində olan versiyası isə Bakıda soyqırımın ildönümü günü – fevralın 26-da ictimaiyyətə təqdim olunacaq. Bundan sonra xüsusilə xaricdə yaşayan soydaşlarımız arasında, Azərbaycan diasporunun fəalları arasında geniş yayılmaq üçün xarici ölkələrə göndəriləcək. Müəlliflər yaxın zamanlarda kitabın ingilis dili versiyasının da işıq üzü görəcəyini bildirirlər.

1310