Qənirə Paşayeva İsrailə gedəcək
19 fevral 2011 16:31 (UTC +04:00)

Qənirə Paşayeva İsrailə gedəcək

Lent.az Milli Məclisin mətbuat xidmətinə istinadən xəbər verir ki, millət vəkili ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş soyqırımı vəhşiliklərinin dünya ictimaiyyətinə çatdırılması məqsədi ilə anım tədbirlərində çıxışlar edəcək, bir sıra görüşlərə qatılacaq.
Türkiyədə keçiriləcək tədbirlər çərçivəsində millət vəkili Qənirə Paşayevanın və Qarabağın Azərbaycanlı icmasının idarə heyətinin üzvü Həvva Məmmədovanın həmmüəllif olduqları, türkcə çapdan çıxmış “Xocalı soyqırımı: şahidlərin dilindən” adlı kitabın təqdimatı da olacaq.



Millət vəkili Qənirə Paşayeva İsrailin Netaniya şəhərində də İsrail millət vəkillərinin, ictimai-siyasi xadimlərin və ictimaiyyətin iştirakı ilə keçiriləcək anım tədbirində çıxış edəcək.
# 569

Oxşar yazılar