Xocalı faciəsi Xarkovda yad edilib - FOTO
Lent.az-ın məlumatına görə, İslam konfransı Gənclər Forumunun, Ukrayna Azərbaycanlı Gənclər Birliyinin və Xarkov Azərbaycanlılar Konqresinin birgə təşəbbüsü ilə “Xocalıya ədalət” kampaniyası çərçivəsində keçirilən toplantıda Xarkov Vilayət administrasiyası rəsmiləri, Azərbaycan diasporunun fəalları, yerli televiziya və KİV nümayəndələri iştirak edib. Xarkov ictimaiyyətinin nümayəndələri Xocalı qurbanlarının anim mərasiminə 1992-ci ildə vertolyotla döyüş bölgəsindən dinc əhalini çıxararkən Qarabağ səmasında erməni qəsbkarları tərəfindən partladılaraq həlak olmuş Azərbaycanın Milli Qəhrəmanı Viktor Seryoginin Xarkov şəhərindəki xatirə lövhəsinin önünə gül-çiçək qoymaqla qatılıblar.
Anım mərasimində Xarkov Azərbaycanlıları Konqresinin sədri Qurban Abbasov çıxışında ermənilərin Xocalı şəhərində törətdikləri kütləvi qırğınlarını son iki əsrdə Azərbaycan xalqına qarşı həyata keçirilmiş işğalçılıq və soyqrım siyasətinin məntiqi davamı kimi dəyərləndirib. Azərbaycanın Ukraynadakı səfirliyinin müşaviri Yeganə Qafqazlı isə ermənilərin işğalçılıq siyasəti nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin işğal olunduğunu, təcavüz nəticəsində 1 milyondan çox insanın doğma yurd yerlərindən didərgin salındığını xatırladıb.
Mərasimə qatılanlar Heydər Əliyev Fondunun xətti ilə hazırlanmış Xocalı soyqırımı filminə baxmaqla ermənilərin Xocalı şəhərində uşaqlara, qadınlara, qocalara və dinc əhaliyə qarşı həyata keçirtdikləri vəhşiliklərlə tanış olublar. “Xocalıda baş verənlər insanlığa yönəlik bəşəri cinayətdir” devizi ilə çıxış edən Gürcü diasporunun sədri Zurab Kiviya, Türk milli birliyini sədri İrfan Gəbəci Xarkov vilayətinin rəsmi nümayəndələri və bir sıra xalqların diaspora rəhbərləri dünya birliyini və beynəlxalq təşkilatları bu kimi bəşəri cinayətə hüquqi siyasi qiymət verməyə səsləyiblər.

592