Fransalı nazir: “Azərbaycan təhsil və mədəniyyətin inkişafında böyük uğurlara nail olub”
18 fevral 2011 11:25 (UTC +04:00)

Fransalı nazir: “Azərbaycan təhsil və mədəniyyətin inkişafında böyük uğurlara nail olub”

APA-nın “Euronews”a istinadən yaydığı məlumata görə, bu fikirləri Parisdə Azərbaycanın müstəqilliyinin bərpasının 20 illiyinə həsr olunmuş tədbirdə çıxış edən Fransanın mədəniyyət naziri Frederik Mitteran söyləyib. Nazir bildirib ki, Azərbaycanın qədim muğam sənəti, Azərbaycan ədəbiyyatı, teatr və kino sənəti Fransada böyük maraq doğurur.


Tədbirdə millət vəkili, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva da iştirak edib. Fransanın mədəniyyət naziri Heydər Əliyev Fondunun xeyriyyəçilik fəaliyyətini, o cümlədən Versal Sarayı və Strasburq baş kilsəsində aparılan bərpa layihələrini dəstəkləməsini alqışlayıb.


Mərasimdə çıxış edən Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva sıx dostluq münasibətlərinə malik iki ölkənin mədəni mübadilə aparması üçün böyük potensiala malik olduğunu deyib. O Azərbaycanda turizm sahəsinin inkişafı barədə iştirakçıları məlumatlandırıb və onları Azərbaycana səfərə dəvət edib.
Parisin məşhur “Qavo” konsert salonunda keçirilən tədbir Teymur Göyçayevin rəhbərliyi ilə Azərbaycan Dövlət Kamera Orkestrinin konserti ilə başa çatıb. Orkestr Qara Qarayev, Fikrət Əmirov və digər görkəmli bəstəkarlarımızın əsərlərini səsləndirib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 725

Oxşar yazılar