Kubanın xarici işlər naziri Dağlıq Qarabağdan danışıb
Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda rəsmi səfərdə Kuba xarici işlər naziri Bruno Rodriges Pariyanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüşdə Azərbaycan ilə Kuba arasında siyasi münasibətlərin yüksək səviyyədə olduğu qeyd edilib.
Tərəflər ölkələr arasında münasibətləri tənzimləyən hüquqi bazanın genişləndirilməsini zəruri sayıb, bu istiqamətdə aparılan işlərin intensivləşdirilməsi qərarına gəliblər. Bunun üçün müxtəlif səviyyəli qarşılıqlı səfərlərin təşkilinin vacib olduğu vurğulanıb.
Elmar Məmmədyarov Azərbaycanla Kuba arasında xüsusilə iqtisadi sahədə əməkdaşlığın genişlənməsi üçün böyük potensialın mövcud olduğunu söyləyib. Təhsil sahəsində Azərbaycan ilə Kuba arasında SSRİ dövründən əməkdaşlığın aparıldığı, bir çox kubalı tələbələrin Azərbaycanın texniki və neft-qaz sahəsində ixtisaslanan təhsil müəssislərində oxuduqları və məzun olduqları qeyd olunub.
Bruno Rodriges Pariya Kubaya dair embarqo tətbiq edilməsi məsələsində BMT-da keçirilən səsvermədə Azərbaycanın tutduğu mövqeyi yüksək qiymətləndirib. O, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu, beynəlxalq hüququn norma və prinsipləri və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsini arzulayıb. Bruno Rodriges Pariya Kubanın Azərbaycanla əməkdaşlıq etməsində maraqlı olduğunu dilə gətirib. O, tibb, turizm, energetika və digər sahələrdə iki ölkə arasında əməkdaşlığın genişlənməsini vacib hesab edib.
Tərəflər çoxtərəfli münasibətlərdə qlobal və regional təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin mövcudluğunu ikitərəfli münasibətlərin inkişafının təzahürü kimi qiymətləndiriblər.

630