AŞ baş katibini nümayəndəsi martın ortalarında gələcək
Bu barədə APA-ya eksklüziv açıqlamasında xüsusi nümayəndə özü məlumat verib. O bunun Bakıya ilk səfəri olacağını bildirib: “Yəqin ki, mən Bakıya martın 11-dən sonra – ayın ortalarında gələcəyəm və bu mənim Azərbaycana ilk səfərim olacaq. Mən buna çox şadam və əminəm ki, Bakıda çalışmaq mənim üçün maraqlı və faydalı təcrübə olacaq”.
Qeyd edək ki, AŞ baş katibi Tyornborn Yaqland K. Yerokostopulosu Azərbaycanda xüsusi nümayəndəsi təyin edib. K. Yerokostopulos buna qədər Yunanıstanın AŞ-də daimi nümayəndəsi, AŞ baş katibinin Serbiyada xüsusi nümayəndəsi vəzifələrində çalışıb.
Əlavə edək ki, martın 11-də Parisdə AŞ Parlament Assambleyası Daimi Komitəsinin növbəti toplantısı keçiriləcək.

504