Mədət Quliyev Penitensiar Xidmətin şəxsi heyətinə təqdim olundu
Dövlət başçısı İlham Əliyevin korrupsiya ilə mübarizənin gücləndirilməsinə dair tapşırığından irəli gələn tədbirlər çərçivəsində Ədliyyə Nazirliyinin Penitensiar xidmətində geniş müşavirə keçirilib.
Lent.az-ın məlumatına görə, Penitensiar Xidmətin və Cəzaların İcrasına Nəzarət üzrə Müfəttişliyin rəhbər şəxslərinin, bütün cəzaçəkmə müəssisələri rəislərinin iştirak etdiyi tədbirdə çıxış edən ədliyyə naziri Fikrət Məmmədov son illər ölkə prezidentinin göstərişləri ilə penitensiar sistemdə aparılan islahatları qeyd edib. Bununla belə fəaliyyətdə nöqsan və çatışmazlıqları nəzərə çatdıran F.Məmmədov korrupsiya ilə əlaqədar hüquqpozmaların qarşısının qətiyyətlə alınması, qanunçuluğun və nizam-intizamın möhkəmləndirilməsi, rejimə dönmədən əməl olunması, xidməti yoxlamalarda prinsipiallığın artırılması, ictimai nəzarətin və şəffaflığın gücləndirilməsi üzrə ciddi tapşırıqlar verib.
Həmçinin, tədbirdə məhkumların hüquqlarının qorunması, onların saxlanma şəraitinin və təminatının yaxşılaşdırılması, infrastrukturun müasirləşdirilməsi üzrə əlavə tədbirlərin həyata keçirilməsinin vacibliyi vurğulanıb.
İclasda Penitensiar xidmətin yeni təyin olunmuş rəisi - ədliyyə nazirinin müavini Mədət Quliyev kollektivə təqdim olunub.
M.Quliyev çıxış edərək, göstərilmiş yüksək etimadı doğrultması, penitensiar sistemdə mütərəqqi islahatların davam etdirilməsi və mövcud nöqsanların aradan qaldırılması üçün səylərini əsirgəməyəcəyini bildirib.

667