Almaniyada Xocalı faciəsinin 19-cu ildönümü ilə bağlı tədbirlər keçiriləcək
Fevralın 26-da Alman-Azərbaycan Mədəniyyət cəmiyyətinin təşkilatçılığı ilə Almaniyanın Maqdeburq şəhərində Xocalı faciəsinin 19-cu ildönümünə həsr olunmuş tədbir keçiriləcək.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tədbirdə Azərbaycan, türk, yəhudi və digər icmaların 50-dək nümayəndəsi iştirak edəcək.
Tədbirdə Almaniyanın Xristian Demokrat İttifaqı partiyasının üzvü S.Springer və Global DEVELOPMENT GMBH-ın direktoru Aleksandr Mishalcukun Xocalı soyqırımı ilə bağlı çıxış edəcəkləri gözlənilir. Tədbir zamanı Xocalı faciəsinə həsr olunmuş sənədli film nümayiş olunacaq.
Alman-Azərbaycan Mədəniyyət cəmiyyətinin təşkilatçılığı ilə daha bir tədbir fevralın 19-da Almaniyanın Şenebek şəhərində baş tutacaq. Şenebek şəhərində Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş boks və kikboks turnirləri keçiriləcək.

1079