Azərbaycan silahları Əbu-Dabidə nümayiş etdiriləcək
Müdafiə sənayesi naziri Yavər Camalovun başçılıq etdiyi geniş tərkibli nümayəndə heyəti 20-24 fevral 2011-ci il tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçiriləcək “IDEX-2011” Beynəlxalq Müdafiə Sərgisi və Konfransında iştirak edəcək.
Lent.az-ın Müdafiə Sənayesi Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, dünyanın inkişaf etmiş ölkələrinin qabaqcıl şirkətlərinin qatıldığı və Yaxın Şərqdə və Şimali Afrika bölgəsində ən iri və əhəmiyyətli hesab edilən “IDEX-2011” sərgisində Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan 71 adda müdafiə təyinatlı məmulat nümayiş etdiriləcək.
Buraya yüngül atıcı silahlar, müxtəlif çeşidli hərbi sursatlar, optik nişangahlar, minaatan, zirehli maşın modelləri daxildir. Sərgi zamanı Yavər Camalovun Birləşmiş Ərəb Əmirliklərinin bir sıra dövlət rəsmiləri ilə görüşləri də nəzərdə tutulur.

2140