Avropa Şurasından “Bakıya mer təyin edin” çağırışı
“Cənubi Qafqazın digər ölkələri kimi Azərbaycanın da öz paytaxtının merini seçmək vaxtıdır”.
Lent.az-ın məlumatına görə, bunu Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresi sədrinin səlahiyyətlərinin icraçısı Yan Mikallef Bakıya səfəri ərəfəsində bəyan edib.
“Son illər ərzində Konqresin Azərbaycan hakimiyyətinə Bakı Meri vəzifəsinin təyinatla deyil seçki yolu ilə tutulması haqqındakı çağırışlarını yenidən təkrarlayıram. Bu, ölkədə yerli demokratiyanın güclənməsinə xidmət edəcək. Bu ilin may ayında Ermənistanda ilk dəfə olaraq Yerevan şəhərinin Meri vəzifəsinə keçirilən seçkilər, Gürcüstan Prezidentinin artıq səsvermə yolu ilə seçilən Tbilisinin Meri vəzifəsinə birbaşa seçkilərin keçirilməsi ilə bağlı təşəbbüsü Cənubi Qafqazda demokratik impuls yaradıb. Azərbaycan da dekabr ayında keçiriləcək bələdiyyə seçkiləri zamanı bu müsbət nümunələri örnək götürməlidir” – deyə, o qeyd edib.
Mikallefin sözlərinə görə, Bakı Merinin seçilməsi həmçinin 2002-ci ildə Azərbaycan tərəfindən ratifikasiya olunan Avropa Yerli Özünüidarəetmə Xartiyasının ruhuna da uyğun olacaq.

Oxşar yazılar

Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırıldı
2 iyul 2025 , 17:32
İran Hörmüz boğazını minalamağa hazırlaşırmış: detallar AÇIQLANDI
2 iyul 2025 , 15:04
Milli Məclisdən xaricdə yaşayan həmvətənlərimizə ÇAĞIRIŞ
2 iyul 2025 , 11:35
Ukrayna prezidenti İlham Əliyevə zəng edib
1 iyul 2025 , 19:09
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
1 iyul 2025 , 17:27
Bakıdan Rusiya prezidentinin xüsusi nümayəndəsinə CAVAB
1 iyul 2025 , 17:07
Rusiya Azərbaycana nota verdi
1 iyul 2025 , 16:07