Türklər Azərbaycanı ən böyük dost kimi görürlər
14 avqust 2009 18:30 (UTC +04:00)

Türklər Azərbaycanı ən böyük dost kimi görürlər

ABŞ, İsrail və Fransa əsas düşmənlər sayılır

Beynəlxalq Strateji Araşdırmalar Qurumu Türkiyənin Ankara, İstanbul, İzmir və Bursa şəhərlərində 1110 nəfər arasında sorğu keçirib.
Lent.az-ın Türkiyə mətbuatına istinadən yaydığı məlumata görə, türklərin 56,36 faizi Türkiyənin gələcəyini Avropa Birliyində görür. Respondentlərin 56 faizi düşünür ki, əgər Türkiyəni Avropa Birliyinə qəbul etməsələr, bunun səbəbi dini və milli fərqlilik, Türkiyəyə qarşı tarixi nifrət olacaq.
Sorğuya qatılan türklərin 32, 73 faizi hesab edir ki, dünyada sülh və təhlükəsizliyə əsas təhlükə mənbəyi ABŞ-dır. 23,64 faizi İsraili, 11,64 faizi Rusiyanı əsas təhlükə mənbəyi sayır.
Respondentlərin 25,45 faizi Türkiyənin özü üçün əsas təhlükə mənbəyini ABŞ hesab edir. Növbəti yerlərdə İsrail və Fransa gəlir.
Ölkənin xarici siyasətini respondentlərin 49,09 faizi uğurlu hesab edir.
Türkləri maraqlandıran əsas məsələlər təhlükəsizliyin və iqtisadi maraqların qorunmasıdır. Ekologiyanın qorunması yalnız 0,64 faiz respondent üçün maraqlıdır.
Türkiyənin dostları ilə bağlı sıralamada isə Azərbaycan birinci yerə çıxıb. Respondentlərin 23,64 faizi Azərbaycanı Türkiyənin ən yaxın dostu sayıb. Azərbaycanı Bosniya-herseqovina və Türkmənistan izləyir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 895

Oxşar yazılar