Meksika qəzetlərində 20 yanvar faciəsi ilə bağlı məqalələr dərc olunub
20 Yanvar faciəsinin 21-ci ildönümü ilə əlaqədar dünən Meksikanın nüfuzlu nəşrlərindən olan “El Universal” və “Excelsior” qəzetlərində Azərbaycanın bu ölkədəki səfiri İlqar Muxtarovun “Azərbaycan: unudulmayan tarix” və “1990-cı ilin 20 yanvarı – Azərbaycanda heç vaxt unudulmayacaq tarix” başlıqlı məqalələri dərc edilib.
Səfirlikdən Lent.az-a verilən məlumata görə, məqalələrdə 20 Yanvar faciəsinin baş vermə səbəblərindən söz açılır. İlqar Muxtarov bu məqalələrində həmin dövrdə Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı həyata keçirilən dəhşətli zorakılıqlara göz yuman Mixail Qorbaçovun əmri ilə sovet ordusunun Bakıya soxulduğunu və Azərbaycanın silahsız dinc əhalisinə qarşı qeyri-insani cinayətlər törətdiyini yazır, faciənin təfərrüatlarından bəhs edir. Yazılarda “Human Rights Watch” təşkilatının faciəvi hadisələrə dair ədalətli mövqeyinə də istinad edilib.
Məqalələrdə qeyd olunur ki, ölkəmizin azadlığı uğrunda həlak olmuş şəhidlərin dəfn edildiyi Şəhidlər Xiyabanı hər il Azərbaycan vətəndaşları tərəfindən ziyarət olunur. İlqar Muxtarov yazıb ki “Qara Yanvar” hadisələri Azərbaycan tarixində sadəcə faciə kimi yadda qalmayıb, əksinə, ölkəmizin suverenliyi və müstəqilliyi ideyaları uğurunda mübarizədə xalqımızın iradəsini və mübarizlik əzmini daha da möhkəmləndirib.
Qeyd edək ki, 20 Yanvar Milli Matəm Gününün 21-ci ildönümü ilə əlaqədar Meksikadakı səfirliyimizin press-relizi də yayılıb. Məlumat Meksikanın hökumət orqanlarının rəhbərləri, xarici işlər naziri və nazir müavinləri, Meksika Xarici İşlər Nazirliyinin struktur bölmələri, Meksika Senatının üzvləri, ayrı-ayrı ştatların qubernatorları və Meksikada akkreditə olunmuş səfirliklərə göndərilib.

734