Azərbaycan Avropa Birliyinə etiraz etdi
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, yanvarın 13-də Bakıda səfərdə olan Avropa Komissiyasının prezidenti Xose Manuel Barroza Azərbaycan Respublikası prezidenti İlham Əliyev ilə birgə keçirilən mətbuat konfransda Dağlıq Qarabağ münaqişəsi barədə danışarkən Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirib.
Xose Manuel Barrozа deyib ki, Avropa Birliyi, tərəfdaşlarının, o cümlədən Azərbaycanın ərazi bütövlüyü prinsipini dəstəkləyir. O qeyd edib ki, ATƏT-in Minsk Qrupunun səylərini tam dəstəkləyirlər və etimad yaratma tədbirlərini maliyyələşdirməyə hazırdırlar.
Xarici İşlər Nazirliyi dərin narahatlıqla bildirir ki, Xose Manuel Barrozanın xarici və yerli kütləvi informasiya vasitələri qarşısında etdiyi çıxış Avropa Komissiyasının rəsmi internet səhifəsində tam şəkildə yerləşdirilməyib və çıxışın Azərbaycanın ərazi bütövlüyünə aid hissəsi çıxarılaraq digər fikirlərlə əvəz edilib. Xarici İşlər Nazirliyi bəyan edib ki, belə bir hal təəssüf və təəccüb doğuraraq Avropa Birliyi ilə münasibətləri, qarşılıqlı etimad və əməkdaşlığı ciddi sual atına qoya bilər.
Xarici İşlər Nazirliyi bir daha xatırladır ki, Azərbaycan Respublikası BMT, ATƏT və digər beynəlxalq təşkilatlara SSSR-i daxilində olduğu sərhədləri çərçivəsində üzv qəbul olunub və ölkənin ərazi bütövlüyü və suverenliyi dünyanın bütün dövlətləri tərəfindən (Ermənistan Respublikası istisna olmaqla) tanınır: “Avropa Komissiyasının rəsmi internet səhifəsində Xose Manuel Barrozаnın çıxışına edilən düzəlişlər Avropa Birliyinin imicinə mənfi təsir edə biləcək addım kimi qiymətləndirilir və Avropa Birliyi ilə Azərbaycan Respublikası arasında 1999-cu ildə imzalanmış “Əməkdaşlıq və tərəfdaşlıq Sazişinin” ruhuna ziddir”.

592