Araz Əzimov İtaliyada işgüzar səfərdə olub
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, səfərin ilk günü Araz Əzimov Romada yerləşən NATO Müdafiə Kollecində 117-ci Ali Kurs iştirakçıları qarşısında “Avroatlantik kontekstdə Cənubi Qafqaz regionunda təhlükəsizlik” mövzusunda mühazirə ilə çıxış edib və kurs iştirakçılarının suallarını cavablandırıb.
Bundan əlavə, NATO Müdafiə Kollecinin komandanı general-leytenant Volf-Diter Löser ilə görüş keçirilib və bu mötəbər tədris müəssisəsi ilə ölkəmizin müvafiq qurumları arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi perspektivləri müzakirə edilib.
Səfər çərçivəsində Araz Əzimov İtaliya prezidentinin xarici əlaqələr üzrə müşaviri səfir Stefano Stefanini, İtaliya xarici işlər nazirinin müavini Alfredo Mantika, İtaliya Senatının Avropa siyasəti üzrə daimi komissiyasının sədri, eyni zamanda Senatın İtaliya-Azərbaycan dostluq qrupunun rəhbəri xanım Rossana Boldi və qrupun digər üzvləri ilə görüşlər keçirib. Görüşlər zamanı Azərbaycan ilə İtaliya arasında münasibətlər, Dağlıq Qarabağ münaqişəsi, enerji təhlükəsizliyi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Araz Əzimov İtaliyanın nüfuzlu tədqiqat mərkəzlərindən biri olan Beynəlxalq Münasibətlər İnstitutunda İtaliyanın müxtəlif dövlət və özəl qurumları, tədqiqatçılar, o cümlədən diplomatik korpusun nümayəndələri qarşısında “Geniş Avropa təhlükəsizlik mühitində Cənubi Qafqaz təhlükəsizliyi” mövzusunda mühazirə ilə çıxış edib.
Səfərin sonunda nazir müavini İtaliyanın aparıcı KİV nümayəndələri ilə görüşüb və jurnalistlərin ölkəmiz, Cənubi Qafqazda təhlükəsizlik, regiondakı münaqişələr, enerji layihələri və digər mövzulardakı suallarını cavablandırıb. Görüşlərdə Azərbaycan Respublikasının İtaliyadakı səfiri Vaqif Sadıqov iştirak edib.

615