
“Azərbaycan Ordusunda NATO-Rusiya seçimi getmir”
Bunu APA-nın sualına cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Eldar Sabiroğlu son vaxtlar KİV-də Azərbaycan Ordusunda NATO-Rusiya savaşının getməsi barədə səslənən fikirlərə münasibət bildirərkən deyib: “Biz belə bir savaş, seçim barədə hansısa konkret xətt müəyyənləşdirməmişik. Ona görə də səsləndirilən bu cür fikirləri əsasız hesab edirik. Müstəqil Azərbaycanın müstəqil ordusunun inkişafı bizim üçün bir nömrəli vəzifədir. Bununla belə, Azərbaycan Ordusunun beynəlxalq əlaqələrinin inkişafına da lazımi diqqət yetiririk. Təcrid olunmuş qaydada fəaliyyət göstərmək indiki qloballaşmış dünyada çox çətindir. Odur ki, Müdafiə Nazirliyi ordumuzun tərəf tutmadan beynəlxalq əməkdaşlığına üstünlük verir. Avropadan, Amerikadan tutmuş, Rusiya da daxil olmaqla, Yaxın Şərq ölkələrinə qədər müxtəlif dövlətlərin müvafiq qurumları ilə Azərbaycanın Müdafiə Nazirliyinin hərbi sazişləri, müqavilələri mövcuddur. Yanaşma, münasibət də eyni dərəcədədir. Bu əlaqələr qarşılıqlı təcrübə üçün böyük faydalar gətirir, həm bizim üçün, həm də tərəfdaş ölkələr və beynəlxalq qurumlar üçün xeyirlidir”.
Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29