Əbülfəs Qarayev “Euronews”un rəhbərləri ilə görüşüb
Mədəniyyət və Turizm Nazirliyində Bakıda səfərdə olan “Euronews” telekanalının rəhbərləri ilə görüş keçirilib. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev telekanalın Müşahidə Şurasının sədri Pyer Luici Malezani və telekanalın baş icraçı direktoru Filip Kayla danışıqlar aparıb.
Nazirliyin mətbuat katibi Zöhrə Əliyevanın Lent.az-a verdiyi məlumata görə, görüş zamanı telekanalın 2011-ci ilin aprel ayında Bakıda keçiriləcək Dünya Mədəniyyətlərarası Dialoq Forumunun tərəfdaşı qismində çıxış etməsi, tədbirin telekanal vasitəsilə yayımlanması və təbliğinə dair müzakirələr aparılıb. Telekanalın baş icraçı direktoru Filip Kay bu məsələlərə dair müsbət rəy bildirib.
Qeyd olunub ki, “Euronews” telekanalına Dünya Mədəniyyətlərarası Dialoq Forumu ilə bağlı “Tərəfdaşlıq təklifləri” göndərilib və hazırda həmin təkliflərin həyata keçirilməsi imkanları araşdırılır.
Xəyalə Muradlı

Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29