Rusiya Narkotiklərin Dövriyyəsinə Nəzarət Xidmətinin direktoru Azərbaycana gəlib - FOTO
«Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi və Rusiya Federasiyası Narkotiklərin Dövriyyəsinə Nəzarət Xidməti arasında narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə üzrə əməkdaşlıq haqqında» Saziş imzalanıb.
Milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudovun dəvəti ilə Rusiya Federasiyası Narkotiklərin Dövriyyəsinə Nəzarət Xidmətinin direktoru Viktor İvanov ölkəmizə rəsmi səfərə gəlib.
MTN ictimai əlaqələr mərkəzindən Lent.az-a bildirilib ki, yanvarın 13-də qonaqlar və milli təhlükəsizlik naziri Eldar Mahmudov başda olmaqla nazirliyin bir qrup əməkdaşı Fəxri Xiyabanda Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın məzarını, Şəhidlər Xiyabanını ziyarət edib, «Əbədi məşəl» abidəsinin önünə əklil qoyub.
Həmin gün keçirilmiş görüşdə Eldar Mahmudov Viktor İvanovun Azərbaycana səfərini hər iki dövlətin təhlükəsizliyinə təhdidlərin qarşısının alınması üzrə əməkdaşlıq baxımından vacib addım kimi qiymətləndirib. Nazir Azərbaycanda cinayətkarlıqla, onun təhlükəli təzahürləri ilə mübarizədə milli təhlükəsizlik orqanları tərəfindən görülən məqsədyönlü tədbirlərlə bağlı ətraflı məlumat verib. Eldar Mahmudov qaçaqmalçılıqla mübarizə istiqamətində ötən bir il ərzində milli təhlükəsizlik orqanları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 1 ton 200 kiloqrama yaxın narkotik vasitənin qanunsuz dövriyyədən çıxarıldığını diqqətə çatdırıb, bu tədbirlər sırasında MTN və Rusiya Federasiyası Narkotiklərin Dövriyyəsinə Nəzarət Xidmətinin qarşılıqlı fəaliyyətini yüksək qiymətləndirərək bildirib ki, birgə həyata keçirilmiş 11 əməliyyat nəticəsində 800 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb, 22 nəfər məsuliyyətə cəlb olunub.
Nazir iqtisadi cəhətdən sürətlə inkişaf edən, ərazisindən keçməklə iri beynəlxalq layihələrin reallaşdığı Azərbaycanın investorlar üçün maraqlı olduğu kimi, transmilli cinayətkar birliklərə də cəzbedici göründüyünü, müxtəlif təhlükəli cinayətlərin əsas maliyyə mənbələrindən olan narkotiklərin qanunsuz dövriyyəsinə cəhdlərin artdığını bildirib və belə hallara qarşı mübarizədə region dövlətləri ilə əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini vurğulayıb.
Viktor İvanov Rusiyanın aidiyyəti qurumlarının Azərbaycanın müvafiq strukturları, o cümlədən Milli Təhlükəsizlik Nazirliyi ilə birgə transmilli cinayətkarlığa qarşı aparılan mübarizəyə böyük əhəmiyyət verdiyini bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də ətraflı fikir mübadiləsi aparılıb, yekun olaraq, «Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi və Rusiya Federasiyası Narkotiklərin Dövriyyəsinə Nəzarət Xidməti arasında narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə üzrə əməkdaşlıq haqqında» Saziş imzalanıb.

1131