Kiyevdə “20 yanvar qəhrəmanlıq tariximizdir” adlı tədbir keçiriləcək
Lent.az-ın məlumatına görə, tədbirin təşkilatçıları Azərbaycanın Ukraynadakı səfirliyi, Ukrayna Azərbaycanlıları Konqresi və Ukrayna Azərbaycan Gəncləri Birliyidir.
Tədbirdə 20 Yanvar faciəsi mövzusu ilə bağlı Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Eynulla Mədətlinin məruzəsi dinləniləcək, Ukrayna Azərbaycanlıları Konqresinin “Azərbaycan” ansamblının, Ukrayna Azərbaycan Gəncləri Birliyinin yaradıcı kollektivinin ədəbi-bədii teatrlaşdırılmış kompozisiyaları nümayiş etdiriləcək. Bununla yanaşı tədbirdə 20 Yanvar hadisələri ilə bağlı film də mərasim iştirakçılarının diqqətinə çatdırılacaqdır. Tədbirdə bu ölkədəki Azərbaycan diasporunun fəal üzvləri ilə yanaşı Ukraynanın ictimai təşkilatlarının və kütləvi informasiya vasitələrinin nümayəndələri də iştirak edəcəklər.
Azərbaycanın Ukraynadakı səfirliyinin müşaviri Yeganə Qafqazlı keçiriləcək tədbirlə bağlı qeyd edib ki, belə tədbirlərin keçirilməsi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mühüm rol oynayır. Ukrayna Azərbaycanlıları Konqresinin sədri İlqar Abbasov isə Azərbaycanın qan yaddaşı ilə bağlı tədbirlərin bu gündən sonra da mütəmadi və daha geniş şəkildə keçirilməsinin vacibliyini vurğulayıb.
Azər Qardaşlı

481