Əli Əhmədov: “Azərbaycanda Atatürkə sevgi və rəğbət var”
“Qətiyyətlə bildirirəm ki, bu, nəinki həqiqətə uyğun deyil, həm də məkrli yalandır. Hədəf isə Türkiyə-Azərbaycan dostluğudur”.
Bunu APA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini, partiyanın icra katibi Əli Əhmədov YAP tərəfindən Mustafa Kamal Atatürk əleyhinə kitab hazırlandığına dair məlumatlara münasibət bildirərkən deyib.
Ə.Əhmədovun sözlərinə görə, bəzi məlum dairələr və ayrı-ayrı şəxslər Azərbaycan-Türkiyə qardaşlığına zərbə vurmaq üçün müxtəlif üsullara əl atır, yalanlar uydurur, tarixi həqiqətləri saxtalaşdıran kitablar belə yazırlar: “Yeni Azərbaycan Partiyası belə cəhdləri qətiyyətlə pisləyir, onlara qarşı mübarizə aparır. Böyük Atatürkə münasibətə gəldikdə, onu deyə bilərəm ki, Yeni Azərbaycan Partiyası həmişə bu həqiqətə istinad edib və bu gün də istinad etməkdədir ki, Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün fəaliyyəti, onun Azərbaycan və Türkiyə birliyi üçün gördüyü böyük işlər hər zaman Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilib. Partiyamızın yaradıcısı prezident Heydər Əliyev də Atatürkün tarixi roluna daim yüksək qiymət verərdi. Təsadüfi deyil ki, ölkəmizdə ümummilli Lider Heydər Əliyevin sərəncamı ilə Atatürkün parlaq şəxsiyyətini, həyat yolunu, fəaliyyətini və zəngin siyasi irsini araşdıran Atatürk Mərkəzi yaradılıb. Bu gün isə prezident İlham Əliyev Türkiyə-Azərbaycan dostluğuna böyük diqqət göstərir. Onun göstərişi ilə Bakı şəhərində Atatürkün abidəsi ucaldılıb, Atatürk Mərkəzinin fəaliyyəti daha da genişlənib. Bütün bu faktlar göstərir ki, Azərbaycanda böyük Atatürkə sevgi və rəğbət olub, bundan sonra da olacaq”.
Ə. Əhmədov bəzi mətbu orqanlarda YAP tərəfindən guya Atatürkün əleyhinə kitab hazırlanacağı haqqında yayılan qərəzli məlumatların müəlliflərinin çirkin niyyətlərinə çata bilməyəcəklərinə inandığını da vurğulayıb: “Böyük Atatürkün zamanında söylədiyi “Azərbaycanın kədəri bizim kədərimiz, sevinci sevincimizdir” və ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” deyimləri Türkiyə və Azərbaycan xalqlarının söykəndiyi başlıca prinsipdir. Həmin prinsiplər Yeni Azərbaycan Partiyası üçün də böyük məna və əhəmiyyət kəsb edir”.

577