“Ərdoğanın Azərbaycana səfərdən imtina etməsindən söhbət gedə bilməz”
12 yanvar 2011 17:14 (UTC +04:00)

“Ərdoğanın Azərbaycana səfərdən imtina etməsindən söhbət gedə bilməz”

Bu barədə APA-nın Türkiyə müxbirinə Türkiyə baş nazirinin İcra Aparatının mətbuat müşavirliyindən bildirilib. Müşavirlikdən deyilib ki, yanvar ayında baş nazirin başqa ölkələrə səfərləri nəzərdə tutulduğuna görə, gündəmə Bakı səfəri daxil edilməyib: “Baş nazir böyük heyətlə hazırda Qətərdədir. Ərdoğanın Azərbaycana səfərdən imtina etməsindən isə söhbət gedə bilməz. Çünki baş nazir Azərbaycanı çox sevir və Türkiyə ilə Azərbaycan arasında dostluq və qardaşlıq münasibətlərini daha da inkişaf etdirmək üçün Azərbaycan rəhbərləri ilə bir araya gəlməyi həmişə ön planda tutur”.


Mətbuat müşavirliyindən o da bildirilib ki, Türkiyənin baş naziri Orta Şərq ölkələrinə səfərini bitirəndən sonra onun yaxın aylardakı səfər proqramları hazırlanacaq: “Yəqin ki, bu sırada Azərbaycana səfərin tarixi də yaxın günlərdə dəqiqləşəcək”.


Qeyd edək ki, bəzi mətbuat orqanlarında Ərdoğanın Azərbaycana səfərdən imtina etdiyi barədə məlumat yayılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 601

Oxşar yazılar