“Erməni soyqırımı” iddialarına elmi cavab
Amerika Türk Koalisiyası (Turkish Coalition of America -TCA) tarixçi professor Castin Makkarti ilə birlikdə tarix kitablarında yer verilməyən bir gerçəyi - Osmanlı torpaqlarındakı 5 milyon müsəlmanın acı köç hekayəsini xəritə şəklində yayımlayıb.
Lent.az-ın trt.net.tr saytının Azərbaycan versiyasına istinadən verdiyi məlumata görə, bu xəritə ilə TCA Osmanlı İmperatorluğunun çökmə dönəmində yaşanan, amma Qərb tarixçiləri tərəfindən yalnız xristianlar əsas götürülərək birtərəfli şəkildə təqdim olunan köç məsələsinin o biri üzünü ortaya çıxarıb.
Luisvill Universitetinin tarixçi professoru, Osmanlı İmperatorluğu ilə bağlı detallı demoqrafik araşdırmalar aparan professor Castin Makkarti tərəfindən hazırlanan “Osmanlı İmperatorluğunda Məcburi Köç və Ölümlər” adlanan izahlı xəritədə 1770-1923-cü illər arasında qaçqın düşən 5 milyon müsəlman təbəənin köç marşrutu göstərilir. Beləliklə, Osmanlı İmperatorluğunun dağılma prosesinin ermənilər kimi yalnız xristian əhaliyə təsir etmədiyinə, milyonlarla insanın əzab və çətinliklər içərisində yaşadığına diqqət çəkilir. Bununla yanaşı, Osmanlı torpaqlarında köçməyə məcbur edilənlərin 5 milyonunun müsəlman, 1,9 milyonunun xristian olduğuna diqqət çəkən xəritə daxili toqquşmaların əzabını daha çox müsəlmanların çəkdiyini də ortaya çıxarır. Xəritəyə görə, 1864-1922-ci illərdə yaşanan toqquşmalarda dünyasını dəyişən müsəlmanların sayı xristianlardan 4 dəfə çoxdur.
Xəritə ilə bağlı açıqlama verən professor Castin Makkarti Osmanlı torpaqlarında yaşanan müxtəlif kimliklərə mənsub olan bütün qrupların əzab çəkdiyini söyləyib. Ancaq müsəlmanların, xüsusilə türklərin ən böyük əzablara məruz qaldığını deyən Castin Makkarti xəritənin bütün bu insanların fəlakətlərlə dolu taleyini göz önünə sərəcəyinə ümid etdiyini bildirib.
TCA prezidenti Linkoln Makkardi də bu xəritəni dəstəklədiklərinə görə qürur duyduqlarını söyləyib. O, tarixin səhifələrində hardasa heç yer almayan müsəlman Osmanlı xalqları haqqında bezmədən araşdırma aparan Castin Makkartiyə təşəkkür edib: “Çox az türk ailə var ki, nənəsi bə ya babası Yunanıstan, Bolqarıstan, Makedoniya, Krım və ya Qafqazdan gəlməmiş olsun, ya da Anadoluda yaşanan müharibələrə görə acı bir hekayəsi olmasın. Ancaq modern Türkiyənin qurucuları gənc cümhuriyyətin bir var olma mübarizəsindən çıxmış xalqını keçmiş yerinə gələcəyə baxmaya yönləndirib və köhnə düşmənləri ilə sülh fəlsəfəsini mənimsəyib. Təəssüf ki, başqa cəmiyyətlər yaşadıqları faciələri türklərə qarşı nəsildən nəslə ötürülən düşmənçiliyə çevirdilər. Bu xəritə Osmanlı İmperatorluğunun dağılması mərhələsində müsəlman xalqlarının itkilərini görməməzliyə vuran və ya inkar edən, keçmiş dövrlərin iqrçi yanaşmalarını daşıyan zehniyyətə elmi bir cavabdır”.

560