Elmar Məmmədyarov Küveyt Dövlətinin vəliəhdi ilə görüşüb
Bu gün xarici işlər naziri Elmar Məmmədyarov Küveyt Dövlətinə işgüzar səfəri çərçivəsində bu ölkənin vəliəhdi Şeyx Nəvvaf Əl-Əhməd Əl-Cabir Əl-Sabah ilə görüş keçirib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüşdə Azərbaycan ilə Küveyt arasında ikitərəfli münasibətlərə dair müzakirələr aparılıb.
Vəliəhd Şeyx Nəvvaf Əl-Əhməd Əl-Cabir Əl-Sabah ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu söyləyib, Azərbaycanda enerji sahəsində son inkişaf prosesi, xüsusilə də təbii qaz hasilatı və ixracı sahəsində aparılan işlərlə maraqlanıb. Elmar Məmmədyarov Küveyt Dövlətinin vəliəhdinə ölkəmizin enerji sahəsində apardığı işlər, müxtəlif ölkələrlə bu sahədə əməkdaşlıq, eyni zamanda Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində verdiyi töhfəsi barədə məlumat verib.
Sonra tərəflər ikitərəfli, regional münasibətlər və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

493