Azərbaycan-ABŞ məsləhətləşmələri gələn ay olacaq
Azərbaycanla ABŞ arasında təhlükəsizlik məsələlərinə dair növbəti illik məsləhətləşmələr fevralın əvvəllərində keçiriləcək.
Bu barədə APA-ya ABŞ səfirliyinin mətbuat katibi Kit Bin məlumat verib. O bildirib ki, təhlükəsizlik məsələlərinə dair dialoqun fevralın əvvəllərində Bakıda keçirilməsi nəzərdə tutulur: “Lakin dəqiq tarix hələlik məlum deyil. ABŞ nümayəndə heyətinə Dövlət Departamentinin yüksək vəzifəli şəxsləri rəhbərlik edəcəklər. Heyətin tərkibinə Pentaqon nümayəndələri də daxildir”.
Xatırladaq ki, Azərbaycanla ABŞ arasında bu tip məsləhətləşmələr ildə bir dəfə keçirilir.
Diplomatik mənbələrdən APA-ya verilən məlumata görə isə məsləhətləşmələr fevralın 7-də keçiriləcək. Məsləhətləşmələrə qatılacaq Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Araz Əzimov, ABŞ nümayəndə heyətinə isə dövlət katibinin hərbi-siyasi məsələlər üzrə müavini Endrü Şapiro rəhbərlik edəcək.

Oxşar yazılar

Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29
Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi
4 iyul 2025 , 12:07Rusiya konsulu “Sputnik Azərbaycan”ın Bakıda həbsdəki icraçı direktoru və şef redaktoru ilə görüşdü - YENİLƏNİB
3 iyul 2025 , 23:16
Məclis başqanının seçilməməsinə “eşşəklərlə” etiraz edildi
3 iyul 2025 , 22:07