“Google Earth” Urmiyanın yerini səhv salıb
08 yanvar 2011 19:47 (UTC +04:00)

“Google Earth” Urmiyanın yerini səhv salıb

Bir zamanlar kürdlər Tehranda çıxan “Mokriyanı Kordistan” adlı kitabda az qala Azərbaycanın yarasını kürdləşdirmişdilər. Onda İranın müvafiq qurumları buna icazə vermişdi.

Lent.az-ın “GünAzTV”yə istinadən məlumatına görə, İran İslam Respublikasının yardımı ilə Güney Azərbaycanın Urmiya və başqa şəhərlərinə qonşu dövlətlərdən köçürülən kürdlər yenə də Azərbaycan torpaqlarından gözlərini çəkmir.

Terrorçu PKK və PJAK-ın göstərişi ilə onlar əzəli Azərbaycan torpaqlarının kürdlərə məxsus olduğu haqda çeşidli uydurma yazır, xəritələr çap edirlər. İş o yerə çatıb ki, “Google Earth” da onların bu cəfəngiyyatına inanaraq, Azərbaycanın Urmiya şəhərini “Kürdüstan” şəhəri kimi təqdim edib.
Aşağıda göstərilmiş linklərdən də bunu görmək olar:
www.panoramio.com/user/4896661
www.panoramio.com/user/5345418
www.panoramio.com/user/5082173
www.panoramio.com/user/5082173

“Fars” – “Ərəb” körfəzinin adı uğrunda az qala bütün dünya ilə savaşa qalxan İran hökuməti Azərbaycan şəhərinin kürdləşdirilməsinə göz yumur.


“Fars” xəbər agentliyinin məlumatına əsasən, Oksford Universitetinin nəşriyyatı İrandan rəsmi şəkildə üzr istəyib. Nəşriyyat çap etdikləri dərsliklərdən birində “Fras körfəzi”ni “Ərəb körfəzi” kimi nəşr edib. Qurumun mətbuat katibi Anna Bolduin İslam Respublikasının Londondakı səfirliyinin mədəniyyət attaşesinə ünvanladığı məktubda bildirib ki, qəbul olunmuş normalara əsasən körfəzi “Fars körfəzi” kimi yazılmalıdır.


İran səfirliyinin mədəniyyət attaşesi Əliməhhəməd Helmi buraxılmış “səhvdən təəccüblədiyini” söyləyib.


Körfəzin adı ilə bağlı buraxılmış “səhvə” görə Oksford İran hakimiyyətindən üzrə istəsə də, ölkənin rəsmi qurumları “Google Earth”ın səhvinə hələ də münasibət bildirməyib.

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 670

Oxşar yazılar