
Dağıstan rəhbəri Xaçmaza səfər edib
Rusiya Federasiyası Dağıstan Respublikasının başçısı Maqomedsalam Maqomedov Azərbaycana qeyri-rəsmi səfəri çərçivəsində yanvarın 6-da Xaçmaz rayonunda olub. Lent.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, qonaqları rayonun icra başçısı Şəmsəddin Xanbabayev qarşılayıb. Öncə Hyedər Əliyevin abidəsini ziyarət edən nümayəndə heyəti daha sonra Dağıstan-Azərbaycan münasibətlərinin inkişafında xüsusi xidmətləri olmuş Əziz Əliyevin Xaçmazdakı abidələrini ziyarət ediblər. Qonaqlar həmçinin İlham bulağı, tikintisi davam edən Heydər bulağı, Qala kompleksi, Heydər Əliyev muzeyi, eləcə də Şəxsiyyətlər və Xalqlar Dostluğu muzeylərində də olublar.
Qeyd edək ki, Maqomedsalam Maqomedovu müşayiət edənlər arasında Dərbənd icra hakimiyyətinin başçısı Qurban Qurbanov, Dağıstan Respublikasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Maqomed Qurbanov və başqa rəsmi şəxslər var.
Vəli Turan
Qeyd edək ki, Maqomedsalam Maqomedovu müşayiət edənlər arasında Dərbənd icra hakimiyyətinin başçısı Qurban Qurbanov, Dağıstan Respublikasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Maqomed Qurbanov və başqa rəsmi şəxslər var.
Vəli Turan
Oxşar yazılar

Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29
Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi
4 iyul 2025 , 12:07Rusiya konsulu “Sputnik Azərbaycan”ın Bakıda həbsdəki icraçı direktoru və şef redaktoru ilə görüşdü - YENİLƏNİB
3 iyul 2025 , 23:16
Məclis başqanının seçilməməsinə “eşşəklərlə” etiraz edildi
3 iyul 2025 , 22:07