Xələf Xələfov: “Açıq deyirəm...”
04 yanvar 2011 11:19 (UTC +04:00)

Xələf Xələfov: “Açıq deyirəm...”

Bu isə işçi qruplarının ildə heç olmazsa, 5 dəfə görüşməsini zəruri edir”. Bunu İctimai Televiziyaya müsahibəsində Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib. Nazir müavini deyib ki, razılaşdırılmayan məqamlar içərisində Xəzər dənizində hərbi fəaliyyət və təhlükəsizlik məsələləri də var.

Bu il Rusiyada Xəzərin hüquqi statusuna dair keçiriləcək sammitə hazırlıqla bağlı işçi qrupun ilk iclasına Bakı ev sahibliyi edəcək. Xarici İşlər nazirinin müavini Xələf Xələfov nazir müavinləri səviyyəsində bu ayın sonunda keçirilməsi nəzərdə tutulan görüşdə müzakirə olunacaq məsələlər barədə məlumat verib: “Bu iclasda əsas məqsəd kimi konvensiya layihəsinin müzakirəsinin davam etdirilməsi nəzərdə tutulur. Mili zonanın müəyyənləşdirilməsi də konvensiyanın razılaşdırılmayan bəndlərindən biri olduuna görə həmin məsələ müzakirə olunacaq”.

Ümumiyyətlə isə Xəzərin hüquqi statusuna dair noyabrın 18-də Bakıda keçirilən sammitdə işçi qruplarının ildə 5 dəfə görüşməsi təklif olunub. Bunu hüquqi statusa dair çətin aspektlərin olması ilə izah edən Xələf Xələfov həmin razılaşdırılmayan məqamları açıqlayıb: “Çətin aspektlər var. Açıq deyirəm, təhlükəsizlik məsələləri, Xəzərdə hərbi fəaliyyət, daxili kontinental ölkələrin gəmilərinin dünya okeanına azad, sərbəst çıxışı, tanınması, anlayışların qəbul olunması, müxtəlif əməkdaşlıq prinsiplərinin müəyyənləşdirilməsi məsələləri var. Yəni razılaşdırılmayan məsələlər çoxdu”.

Hər bir ölkənin öz milli maraqlarından çıxış etdiyini deyən nazir müavininin fikrincə, əsas məsələ də məhz milli maraqların təmas nöqtəsinin tapılmasındadır. O ki qaldı Azərbaycan, İran və Türkmənistan arasında Xəzər dənizinin dibinin bölünməsi ilə bağlı məsələnin açıq qalmasına, Xələf Xələfov deyib ki, rəsmi Bakı hər iki ölkə ilə dialoqa hazırdır. O, Xəzərin hüquqi statusuna dair Rusiyada zirvə görüşününilin sonunda keçiriləcəyini istisna etməyib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 524

Oxşar yazılar