Nika Gilauri: “Azərbaycan bizim ən vacib strateji tərəfdaşımızdır”
Bu gün Gürcüstanın baş naziri Nika Gilauri 2011-ci ilin sosial-iqtisadi yekunlarına həsr olunmuş mətbuat konfransı keçirib.
APA-nın Gürcüstan bürosunun xəbərinə görə, baş nazir əvvəlcə jurnalistləri Yeni il münasibətilə təbrik edib.
N.Gilauri bildirib ki, Gürcüstanda baş verən siyasi dəyişikliklər iqtisadi sahədə də özünü göstərib: “Ötən illə müqayisədə bu il Gürcüstanda 6% iqtisadi artım qeydə alınıb. Energetika, turizm və bankçılıq sahələrində inkişaf müşahidə olunub, 5 hidroelektrik stansiya tikilib. Daşınmaz əmlak bazarında və birbaşa investisiyaların həcmində isə azalma qeydə alınıb”.
Baş nazir Gürcüstanda korrupsiyanın hazırda ən aşağı səviyyəyə endirildiyini bəyan edib: “Yanvarın 1-dən ölkədə yeni Vergi Məcəlləsi qüvvəyə minəcək ki, bu da azad sahibkarlığın inkişafını sürətləndirəcək. İnanıram ki, 2011-ci il Gürcüstan üçün inkişaf, tərəqqi ili olacaq, ölkəmizdə işsizliklə mübarizə sürətlənəcək və yeni iş yerləri açılacaq”.
N.Gilauri APA-nın sualına cavab olaraq bildirib ki, Gürcüstanın iqtisadi inkişafında Azərbaycan əhəmiyyətli rol oynayır: “Azərbaycan bizim ən vacib strateji tərəfdaşımız, Gürcüstanın enerji təhlükəsizliyinin təminatçısıdır. “SOCAR-Georgia” Gürcüstanın ən böyük vergi ödəyicilərindən biridir. Azərbaycan şirkətləri Gürcüstan iqtisadiyyatında böyük paya malikdir. Eyni zamanda Gürcüstan Azərbaycanın energetika sahəsi üçün Avropaya açılan bir pəncərədir”.
Rusiya-Ermənistan qaz kəmərinin özəlləşdirilməsi ilə bağlı sualı cavablandıran baş nazir qeyd edib ki, bu kəmər Gürcüstanın mülkiyyətidir: “Ona görə də Rusiya-Ermənistan qaz kəməri heç vaxt özəlləşdirilməyəcək. Nə vaxtsa kəmərin səhmlərinin 15%-ni London birjasında satışa çıxara bilərik”.

Oxşar yazılar

Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29
Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi
4 iyul 2025 , 12:07Rusiya konsulu “Sputnik Azərbaycan”ın Bakıda həbsdəki icraçı direktoru və şef redaktoru ilə görüşdü - YENİLƏNİB
3 iyul 2025 , 23:16
Məclis başqanının seçilməməsinə “eşşəklərlə” etiraz edildi
3 iyul 2025 , 22:07