YAP Metyu Brayzanın səfir təyin olunmasına münasibət bildirib
30 dekabr 2010 14:49 (UTC +04:00)

YAP Metyu Brayzanın səfir təyin olunmasına münasibət bildirib

APA-nın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında YAP icra katibi, millət vəkili Əli Əhmədov bildirib.

Azərbaycanın hazırda ABŞ da daxil olmaqla ATƏT-in Minsk Qrupu həmsədrlərindən daha çox Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə həll olunmasını gözlədiyini deyən Ə. Əhmədovun sözlərinə görə, Birləşmiş Ştatlar prosesə müsbət təsir göstərə bilər.

”ABŞ ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biridir. Minsk Qrupunun fəaliyyətində isə hazırda bizi qane edəcək nəticə yoxdur. Münaqişə həllini tapmayıb. Təbii ki, bunun məsuliyyəti həmsədr dövlətlərdən biri olan Amerikanın da üzərinə düşür, burada Amerika da məsuliyyət daşıyır”, - deyə YAP icra katibi vurğulayıb.

Ə. Əhmədov qeyd edib ki, Azərbaycanın yeni səfirdən əsas gözləntisi məhz bununla bağlıdır. Millət vəkili M. Brayzanın Amerikanın həmsədr dövlət kimi münaqişənin həllində daha ciddi rol oynamasına öz töhfəsini verəcəyinə ümid etdiyini deyib.

ABŞ Konqresində Azərbaycana səfir təyin edilməsinin əngəllənməsinə erməni lobbisinin təsirinə gəlincə, millət vəkili deyib ki, bu, Amerika və erməni lobbisinin öz arasında olan məsələdir: «Amerika güclü dövlətdir. Əgər belə bir dövlətə erməni lobbisi təsir göstərirsə, bu, yaxşı hal deyil».

YAP icra katibi Respublikaçılar İnstitutunun Azərbaycandakı keçmiş nümayəndəsi Con Elvsinin qətli ilə bağlı məsələnin 10 ildən sonra yenidən gündəmə gəlməsinə də münasibət bildirib: “O vaxt mətbuat Elvsinin qətlinin səbəbləri bağlı müəyyən məlumatlar yayıb. Onun demokratik qüvvələrdən başqa daha hansı dairələrlə əlaqələri olduğu da göstərilib. Bir insanın qətlə yetirilməsi təəssüfləndirici haldır. Orada müəyyən iyrənc məqamlar da var idi. Yəqin ki, siz onu bilirsiniz. O illərin mətbuatını qaldırın, görün o kimdir və kimlərlə əlaqələri var idi”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 545

Oxşar yazılar