Azərbaycan prezidenti Filarmoniyanın kamera və orqan musiqisi zalı binasının açılışında iştirak edib
Lent.az-ın prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, açılışda Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılışda iştirak edib.
Dövlət başçısının 2010-cu il 15 mart tarixli sərəncamına əsasən təmir edilmiş Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalı binası Bakı şəhərinin gözəl memarlıq abidələrindən biridir.
Prezident İlham Əliyev əvvəlcə binanın ətrafında yaradılan şəraitlə və inzibati bina ilə tanış olub.
Kamera və orqan musiqisi zalı binası ilə tanışlıq zamanı məlumat verilib ki, bu tarixi-memarlıq abidəsi 1896-1899-cu illərdə yevangelik-lüteran kilsəsi kimi inşa edilib. Bina 1934-cü ilədək kilsə kimi fəaliyyət göstərib. Burada orqan musiqisi ilk dəfə 1900-cü ildə səsləndirilib. Sonralar isə burada müxtəlif mədəni tədbirlər keçirilib. 1989-cu il fevralın 1-dən bu bina Mədəniyyət Nazirliyinin, müstəqillik illərində isə birbaşa Azərbaycan Dövlət Filarmoniyasının tabeliyinə keçib.
Binanın hündürlüyü 46 metrdir. Təmir və bərpa işləri zamanı burada xüsusi akustika sistemi yaradılıb. Restavrasiya olunmuş orqan isə amfiteatrdan səhnəyə endirilib. Səhnənin sahəsi 40 kvadratmetrdən 75 kvadratmetrədək genişləndirilib.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva orqan musiqisini dinləyiblər.

Oxşar yazılar

İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29
Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi
4 iyul 2025 , 12:07Rusiya konsulu “Sputnik Azərbaycan”ın Bakıda həbsdəki icraçı direktoru və şef redaktoru ilə görüşdü - YENİLƏNİB
3 iyul 2025 , 23:16