
Gürcüstan ali məktəblərinə qəbul olunan azərbaycanlıların sayı 540-a çatıb
Lent.az-ın məlumatına görə, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov deyib. N.İbrahimov bildirib ki, ötən ilədək ildə Gürcüstan ali məktəblərinə 16-17 nəfər azərbaycanlı qəbul olunurdusa, bu il onların sayı 540 nəfərə çatıb. Komitə sədrinin sözlərinə görə, Gürcüstanda yaşayan bir qrup tələbə soydaşımız Şimali Kipr Türk Cümhuriyyətindəki Yaxın Şərq Universitetinə göndərilib: “Həmin gənclərin təhsil xərclərini Diasporla İş üzrə Dövlət Komitəsi ödəyəcək. Bir şərtlə ki, həmin şəxslər sonradan Gürcüstana qayıtsınlar. Onlar həm gürcü, həm də ingilis dilini bildiklərindən, Gürcüstanın dövlət orqanlarında işləmələrinə problem olmayacaq”.
Ramiz MİKAYILOĞLU
Ramiz MİKAYILOĞLU
Oxşar yazılar

Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29
Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi
4 iyul 2025 , 12:07Rusiya konsulu “Sputnik Azərbaycan”ın Bakıda həbsdəki icraçı direktoru və şef redaktoru ilə görüşdü - YENİLƏNİB
3 iyul 2025 , 23:16
Məclis başqanının seçilməməsinə “eşşəklərlə” etiraz edildi
3 iyul 2025 , 22:07