Prezident İlham Əliyev: “Biz qalib gəlirik”
“Bəzi hallarda bir çox dairələr Azərbaycana qarşı böhtan, iftira kampaniyası aparır. Bunun səbəbləri var”. APA-nın xəbərinə görə, bu sözləri “Gülüstan” sarayında keçirilən “RUH” Azərbaycan Jurnalistlərini Müdafiə Komitəsinin (AJMK) təsis etdiyi “Jurnalistlərin dostu” mükafatının təqdimat mərasimində çıxış edən Azərbaycan prezidenti İlham Əliyev deyib.
Prezident qeyd edib ki, Azərbaycanla bağlı yayılan müəyyən məlumatlar adətən bölgədəki vacib proseslərlə eyni vaxta düşür: “Böhtan kampaniyasının əsas səbəbi odur ki, ölkəmiz müstəqil siyasət aparır, kiminsə sözü ilə oturub durmur. Bəzi qüvvələrin ölkə daxilində əllərində rıçaqlarının olmaması onları belə çirkin yola sövq edir. Bütün böhtançı qüvvələrə cavabımız odur ki, öz strateji yolumuzdan dönməyəcəyik. Təzyiqlər nə qədər artsa, biz də o qədər mətin oluruq”.
Azərbaycanın müstəqilliyinin ilk illərində Ermənistana informasiya müharibəsində uduzduğunu deyən dövlət başçısı bu gün uğurların artıq Azərbaycanın tərəfində olduğunu bildirib: “Bu gün tam əminliklə deyə bilərəm ki, Ermənistan və erməni lobbisi ilə mübarizədə biz qalib gəlirik. Onların əsəbi və isterik münasibətləri də bunu göstərir. Burada həm mətbuatın, həm də Azərbaycanın dünyadakı dostlarının sayının artmasının rolu var. Artıq Azərbaycan hücum diplomatiyası aparır. Bunun üçün resurslarımız var. İnformasiya mübarizəsi bizim üçün prioritet məsələlərdəndir. Bu istiqamətdə bütün müasir imkanlardan da maksimum istifadə etməliyik”.

569