“Xocalıya Ədalət” naminə online aksiyaya start verilir
Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Təşkilatı Gənclər Forumu (İKGF) ilə “Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icması” İctimai Birliyi sabah “Xocalıya ədalət” beynəlxalq təşviqat kampaniyasının onlayn fəaliyyətlərinin təqdimatına həsr olunmuş tanıtma tədbiri keçirəcək.
İKGFdən Lent.az-a verilən məlumata görə, tədbir 10 dekabr İnsan Hüquqları Günü həftəsinə həsr olunur. Tədbir çərçivəsində Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinator Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya Ədalət” kampaniyasının yeni internet saytı ictimaiyyətə təqdim ediləcək. Həmçinin, kampaniyanın Facebook, Twitter və Youtube kimi sosial şəbəkələrdəki fəaliyyəti barədə məlumat veriləcək.
İKGF qeyd edir ki, “Xocalıya ədalət” kampaniyası çərçivəsində 2 il ərzində dünyanın 50-yə yaxın ölkəsində müxtəlif xarakterli tədbirlər və aksiyalar keçirilmişdir. Kampaniyanın fəaliyyətini əlaqələndirən İKGF-nin təşəbbüsü ilə bu il ərzində İKT üzv dövlətləri Parlament Birliyi və İKT Xarici İşlər Nazirlərinin Konfransı tərəfindən qəbul edilən qətnamələrdə Xocalı qırğını “insanlığa qarşı cinayət” kimi qiymətləndirilib. ABŞ-da tanınmış repçi Toni Bləkman və Azərbaycanın rep qrupu “Dəyirman” tərəfindən ifa edilmiş “Xocalıya ədalət” rep üslublu mahnının təqdimatı Xocalı faciəsi həqiqətlərinin dünyada yayılmasında xüsusi rol oynayıb. Hazırda kampaniya çərçivəsində Xocalı soyqırımına dünya ictimaiyyəti tərəfindən hüquqi-siyasi qiymət verilməsi məqsədilə hazırlanmış petisiyaya beynəlxalq imzatoplama aksiyası keçirilir. http://justiceforkhojaly.org/?p=petition

Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29