Eldar Sabiroğlu: ““WikiLeaks”-in məlumatı daha çox uydurmaya bənzəyir”
                                    
                                    
                                    0
                                
                                
                                    
                                    
                                    0
                                
                            
                                Lent.az-a daxil olan açıqlamada E.Sabiroğlu saytın yaydığı məlumatı təkzib edib. Açıqlamada deyilir: “Mətnlə tanış olduqdan sonra doğrusu, çox təəccüb elədim. Çünki mətbuat xidmətinin rəisi kimi müdafiə nazirinin demək olar ki, əksər görüşlərində, xüsusilə xarici ölkə səfirləri ilə görüşlərində iştirak edirəm. Onun ABŞ-ın ölkəmizdəki keçmiş səfiri Enn Dörslə keçirdiyi görüşləri də yaxşı xatırlayıram. Mən belə söhbətlərin şahidi olmamışam. Mətn həqiqətdən daha çox uydurmaya bənzəyir və ölkələrarası münasibətləri pozmağa yönəlmiş təxribat təsiri bağışlayır”.
                            
                            
                            
                            
                                            
                                            
                                            0
                                        
                                        
                                            
                                            
                                            0