Həmsədrlər bəyanat yaydılar
Bu gün ATƏT-in Minsk Qrupunun həmsədrləri - Robert Bradke (ABŞ), Bernar Fasie (Fransa) və İqor Popov (Rusiya) regiona son səfərlərinin yekunu ilə bağlı bəyanat yayıblar.
APA-nın ATƏT-in rəsmi saytına istinadən xəbərinə görə, ATƏT-in Minsk Qrupunun həmsədrləri bildiriblər ki, sentyabrın 6-9-da Bakıya, İrəvana və Dağlıq Qarabağa səfər ediblər. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik və bütün tərəflərin hərbi nümayəndələri, eləcə də həmsədrlər təmas xəttindən piyada Xankəndinə keçiblər. Burada əsas məqsəd ondan ibarət olub ki, bütün tərəflərə 1994-cü ildə imzalanan atəşkəs rejiminin ciddi şəkildə hörmət edilməli olmasını nümayiş etdirməkdir və təmas xətti qonşu xalqlar arasında daimi olaraq sədd olmamalıdır.
Bu, vasitəçilərin 2001-ci ilin noyabrından bu vaxta qədər təmas xəttini keçdikləri ikinci haldır. Sentyabrın 7-də Azərbaycan prezidenti İlham Əliyevlə, sentyabrın 9-da Ermənistan prezidenti Serj Sarkisyanla və sentyabrın 8-də Dağlıq Qarabağdakı separatçı rejimin rəhbərliyi ilə görüşlərində həmsədrlər sentyabrın 6-da açıqladıqları qarşıdakı ayların iş planını təqdim ediblər. Onlar vurğulayıblar ki, planlarını həyata keçirə bilmək və ATƏT-in sammitinə qədər olan aylarda irəliləyiş əldə etmək üçün bütün tərəflərin daha konstruktiv yanaşmasına ehtiyac olacaq. Həmsədrlər sentyabrın sonu - oktyabrın ortalarında daha əvvəl razılaşdırılmış qiymətləndirmə missiyasının Dağlıq Qarabağ ətrafı ərazilərə səfəri ilə bağlı bütün tərəflərlə müzakirələr aparıblar. Onlar missiyanın elementlərini təqdim ediblər və missiya üçün hazırlıqlarını yaxın gələcəkdə yekunlaşdıracaqlar.
Həmsədrlər bir daha qəti şəkildə bütün tərəflərdən atəşkəsə hörmətlə yanaşmağı və təmas xəttində, eləcə də bəyanatlarında təmkinli olmasını xahiş ediblər. Həmsədrlər onları təmas xəttində bir-birinin sahələrinə keçməməyə çağırıblar. Bütün tərəflərin 1994-cü il atəşkəsinə sadiq qaldığını təsdiq etdiyi vaxtda həmsədrlər bir daha bu öhdəliyin əməldə də yerinə yetirilməsinin vacib olduğunu bir daha qeyd ediblər.
Həmsədrlər Azərbaycanın BMT-nin Baş Assambleyasında Dağlıq Qarabağ münaqişəsinə dair qərar layihəsinin müzakirəsini təxirə salmaqla bağlı qərarını təxirə salmasını alqışlayır. Eyni zamanda onlar bir daha qeyd ediblər ki, ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün səylərini davam etdirir.
Qiymətləndirmə missiyasını yerinə yetirmək üçün regiona qayıtmazdan əvvəl həmsədrlər Vaşinqtona və sonra Nyu-Yorka səfər edəcəklər.

1269