Deputatlar Londonda olub
Azərbaycan Milli Məclisinin üzvləri, Azərbaycan-Böyük Britaniya parlamentlərarası işçi qrupunun rəhbəri Çingiz Əsədullayev, deputatlar Cavanşir Feyziyev və Fuad Muradov Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun dəvəti ilə Londona səfər ediblər.
Azərbaycanın Britaniyadakı səfirliyindən APA-ya verilən xəbərə görə, səfər çərçivəsində millət vəkilləri bu ölkənin Xarici İşlər Nazirliyində olublar. Həmçinin, dostluq qrupunun üzvləri Böyük Britaniya-Azərbaycan parlamentlərarası işçi qrupunun sədri Kris Pinçer, Böyük Britaniya parlamentinin Enerji məsələləri üzrə Komitəsinin sədr müavini Robert Smis, Lordlar Palatasının üzvləri Baroness O’Katayn, Lord Laird və Lord Cerman ilə görüşlər keçiriblər. Görüşlərdə səfir Fəxrəddin Qurbanov da iştirak edib.
Keçirilmiş görüşlərdə Azərbaycan-Böyük Britaniya parlamentlərarası işçi qrupunun fəaliyyəti, iki ölkə arasındakı münasibətlərin hazırkı durumu, siyasi, iqtisadi, humanitar və digər sahələrdə mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsi perspektivləri, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, enerji təhlükəsizliyi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Görüşlərin nəticəsi olaraq, parlamentlərarası işçi qrupunun üzvləri iki ölkənin qanunverici orqanları arasında təcrübə mübadiləsinin genişləndirilməsi məqsədilə qarşılıqlı səfərlərin daha da intensivləşdirilməsi ilə bağlı razılığa gəliblər.

765