BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisinin səlahiyyət müddəti bitir
Bu gün rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Azərbaycan Respublikasında BMT-nin rezident əlaqələndiricisi, BMT-nin İnkişaf Proqramı və Əhali Fondunun rezident nümayəndəsi kimi səlahiyyət müddəti başa çatan Fikrət Akçura ilə görüşüb.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun Lent.az-a verdiyi məlumata görə, ölkəmizdə informasiya-kommunikasiya texnologiyalarının (İKT) dinamik inkişaf etdiyini bildirən BMT rəsmisi Ümumdünya İqtisadi Forumunun illik “Qlobal informasiya texnologiyaları” hesabatında Azərbaycanın MDB ölkələri arasında lider olmasını təqdirəlayiq hal kimi dəyərləndirib.
Ölkəmizin region ölkələrinin mərkəzinə çevrilməsinə də diqqət çəkən Fikrət Akçura Azərbaycanda İKT-nin gələcək inkişafı, o cümlədən birgə layihələrin həyata keçirilməsində BMT-nin iştirakının bundan sonra da təmin ediləcəyini söyləyib. BMT və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə noyabrda Bakıda keçiriləcək VII İnternet İdarəçilik Forumunun da qazanılmış nailiyyətlərə töhfə verəcəyini deyən Fikrət Akçura əlavə edib ki, forum xarici ölkələrin dövlət, biznes strukturları, beynəlxalq və qeyri-hökumət təşkilatları nümayəndələrinin Azərbaycanın nailiyyətləri, uğurları ilə yaxından tanış ola bilmələri üçün gözəl fürsət olacaq. Gələcək inkişaf strategiyasına toxunan Fikrət Akçuranın sözlərinə görə, gələcəkdə “Elektron hökumət” quruculuğu istiqamətində BMT ilə birgə layihələrin həyata keçirilməsi də mümkündür. Mövcud layihələr çərçivəsində “Dilmanc” tərcümə proqramından xüsusi olaraq söz açan BMT rəsmisinin sözlərinə görə, bu layihə gələcəkdə bəşəriyyət, həmçinin türkdilli ölkələr üçün tərcümə proqramının bünövrəsini qoyacaq.
Əli Abbasov isə BMT, xüsusən BMT-nin İnkişaf Proqramı ilə Azərbaycan hökuməti, eləcə də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi arasında həyata keçirilən birgə layihələrin nəticələrindən məmnunluğunu ifadə edib. O, məhz bu layihələrin sayəsində ölkəmizdə müvafiq islahatların reallaşdırıldığını, infrastrukturumuzun zənginləşdirildiyini, insan qaynaqlarının artırıldığını vurğulayıb. Ümumilikdə ölkəmizdə informasiya-kommunikasiya texnologiyaları bazarının bu layihələrdən bəhrələndiyini qeyd edən Əli Abbasov gələcəkdə də BMT və onun müvafiq qurumları ilə qarşılıqlı əməkdaşlıq şəraitində birgə layihələrin reallaşdırılmasında Azərbaycan tərəfinin maraqlı olduğunu nəzərə çatdırıb. Azərbaycanda bir zamanlar donor ölkələrin hesabına müəyyən layihələrin həyata keçirildiyini xatırladan rabitə və informasiya texnologiyaları naziri hazırda ölkəmizin sərmayədar qismində iştirak etməyə hazır olduğunu diqqətə çatdırıb. O, bu baxımdan BMT-nin İnkişaf Proqramının geniş spektrli, regional layihələr hazırlayacağı təqdirdə Azərbaycanın bu layihələrdə iştirakla bağlı maraqlı tərəf kimi çıxış edəcəyini əlavə edib.

588