Səfər Əbiyevdən təhlükə xəbərdarlığı - FOTO
0
0
Sentyabrın 26-da müdafiə naziri Səfər Əbiyev Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Riçard Morninqstarı qəbul edib. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri təbrik edən müdafiə naziri ona diplomatik fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə ABŞ və Azərbaycan arasındakı strateji əməkdaşlıq əlaqələrinin verdiyi yüksək nəticələr, eyni zamanda hərbi sahədə əldə edilən nailiyyətlər barədə geniş fikir mübadiləsi aparılıb.
Regionda mövcud hərbi-siyasi vəziyyətə və Dağlıq Qarabağ probleminin yaratdığı çətinliklərə toxunan nazir Səfər Əbiyev münaqişənin sülh yolu ilə həlli məsələsində Minsk Qrupuna daxil olan ölkələrin fəaliyyətlərini gücləndirmələrinin zəruriliyini qeyd edib. Nazirin sözlərinə görə, işğal faktı aradan qaldırılmayacağı təqdirdə bütövlükdə Cənubi Qafqazda vəziyyətin daha təhlükəli xarakter alacağı qaçılmaz olacaq.