AŞPA payız sessiyasının gündəliyini açıqladı
Oktyabrın 1-də sessiya öz işinə başlamazdan əvvəl ənənəvi olaraq AŞPA sədri Jan-Klod Minion yay sessiyasından keçən dövr ərzində dünyada baş verən hadisələrdən və rəhbərlik etdiyi təşkilatın fəaliyyətindən bəhs edəcək, büro və daimi komitələrin hesabatları dinləniləcək, AŞPA sədrinin müavininin seçkisi keçiriləcək. Payız sessiyasının ilk günü Rusiya Federasiyası Dumasının sədri Sergey Narışkin avropalı deputatlar qarşısında çıxış edəcək və sualları cavablandıracaq.
Oktyabrın 2-də öz işini davam etdirəcək sessiyanın gündəliyinə Bosniya-Herseqovina, Rusiya Federasiyası, Xorvatiya və Moldovadan Avropa Məhkəməsinə hakimlərin seçkisi, Avropa Şurasında Rusiyanın götürdüyü öhdəlikləri yerinə yetirməsinin vəziyyəti, “Daha demokratik seçkilər uğrunda” mövzusunda məsələlər, habelə Nazirlər Komitəsi sədrinin hesabat məruzəsi ilə çıxışı daxil edilib.
Sessiyanın sonrakı günlərində İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının fəaliyyəti, siyasi məhbus meyarının müəyyən edilməsi, insan haqları və xarici siyasət, Avropada təhsil seçimində azadlıq hüququ, Avropada təhsil sistemi ilə bağlı digər məsələlər ətrafında müzakirələr aparılacaq. Avropada ali təhsillə bağlı Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rafael Hüseynov xüsusi məruzəçi kimi çıxış edəcək.
Gündəlikdə azərbaycanlı zabit Ramil Səfərovla bağlı məsələ ətrafında fikir mübadiləsinin aparılması da nəzərdə tutulub.
Sessiyanın gedişi zamanı Moldova və Albaniya prezidentlərinin çıxışları da gündəliyə salınıb.

677