Rusiya KİV-i Türkmənistanla Azərbaycanı biri-birinə qarşı qoyur
Lent.az-ın məlumatına görə, bu barədə Türkmənistan XİN-i bəyanat yayıb.
Həmin bəyanatda nazirlikr Nazirliyi Rusiyanın bir sıra Kütləvi İnformasiya Vasitələrində Türkmənistan-Azərbaycan münasibətlərinin neqativ işıqlandırılmasını şərh edib.
Türkmənistanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, şərhdə bildirilib ki, son vaxtlar Rusiyanın bir sıra Kütləvi İnformasiya Vasitələrində Xəzərdə böhran vəziyyətinin yaranması ehtimalına dair hipertrofik təsəvvürlərin əks olunduğu məlumatlar yer alıb.
“Xüsusilə, “Reqnum” agentliyi Qazaxıstanın Aktau şəhərində keçirilmiş “Xəzərdə beynəlxalq əməkdaşlığın paradiqması: energetika, ekologiya, modernləşmə, təhlükəsizlik” mövzusunda konfransda Türkmənistan-Azərbaycan münasibətlərini neqativ planda təqdim edən Rusiya Elmlər Akademiyası Mərkəzi Asiya və Qafqazı Tədqiq Mərkəzinin təmsilçisi Stanislav Pritçinin çıxışını əsas gətirib. Türkmənistan tərəfi bəyan edir ki, qeyd olunan çıxışda söylənən, Türkmənistanla Azərbaycan arasında Xəzərlə bağlı münasibətlərə dair fikirlər həqiqətə zərrə qədər uyğun deyil. İki ölkə arasında əməkdaşlıq qarşılıqlı hörmət və konstruktiv dialoq prinsipləri əsasında inkişaf edir və iki qardaş xalqın tarixi dostluq və dinc qonşuluq ənənələrinə əsaslanır. Eyni zamanda Türkmənistan Xəzərə dair danışıqlar prosesinin aktiv iştirakçısı kimi, bu dialoq başlayandan bütün məsələlərin yalnız hüquqi müstəvidə və diplomatik metodlar vasitəsilə həllinə tərəfdar kimi çıxış edir”.

1285