Böyük Britaniyalı deputat Ramil Səfərovun ekstradisiyasından danışdı
20 sentyabr 2012 15:43 (UTC +04:00)

Böyük Britaniyalı deputat Ramil Səfərovun ekstradisiyasından danışdı

“Artıq Cənubi Qafqazda gərginlik artıb. Ermənistan hökumətinin Ramil Səfərov məsələsi ilə bağlı sonuncu müharibə hədələri mövcud gərginliyi daha da artıra bilər”.

Avropa Azərbaycan Cəmiyyətindən APA-ya verilən məlumata görə, bu bəyanatla Böyük Britaniya Parlamentinin İcmalar və Yerli Hökumət komitəsinin üzvü, deputat Bob Bləkmən çıxış edib. Bəyanatda bildirilir ki, regionda vəziyyəti alovlandırmaq istəyənlər Səfərovun azad olunması məsələsindən sui-istifadə edirlər: “Lakin biz yadda saxlamalıyıq ki, Ramil Səfərovun ekstradisiyası Avropa Birliyi qanunvericiliyi çərçivəsində həyata keçirilib. Münaqişənin daha da alovlanmasından hər bir cəhdlə qaçmaq lazımdır və hər iki tərəf birgə masa arxasına keçməli, BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinə əsasən, sülh danışıqlarına başlamalıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2320

Oxşar yazılar